
Bakı7
Layihə Koordinatoru / Meneceri
Layihə Koordinatoru / Meneceri
400 ₼
Verified1 weeks ago
CityBakı
Date
Views7
Number№5499954
Description
Uşaq Mərkəzinin yaradılması üzrə Layihə Koordinatoru / Meneceri
Vəzifənin məqsədi
Bakıda yaradılacaq uşaq mərkəzinin məkanın seçilməsindən başlayaraq təmir, təchizat, komandanın formalaşdırılması və rəsmi açılışa qədər bütün proseslərini koordinasiya edəcək məsuliyyətli və təşkilatçılıq qabiliyyətinə malik mütəxəssis axtarılır.
Əməkdaşlıq şərtləri
Əməkdaşlıq outsourcing / xidmət göstərilməsi formatında nəzərdə tutulur.
Xidmət haqqı həftəlik ödəniləcək.
Ödəniş məbləği namizədin təcrübəsi və bacarıqları nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək.
Obyektin, podratçıların və əməkdaşların yekun seçimi, büdcə və satınalma qərarları rəhbərlik tərəfindən təsdiq edilir.
Mərkəz fəaliyyətə başladıqdan sonra uğurlu əməkdaşlıq olduğu təqdirdə namizədə mərkəzin idarə edilməsinin həvalə edilməsi mümkündür.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini və həyata keçirdikləri oxşar layihələr barədə qısa məlumatı təqdim edə bilərlər.
Tələblər:
Layihələrin idarə edilməsi, obyektlərin sıfırdan yaradılması və ya açılışa hazırlanması sahəsində təcrübə arzuolunandır.
Bakı daşınmaz əmlak bazarını tanımaq.
Podratçılar və təchizatçılarla işləmək, qiymətləri və kommersiya təkliflərini müqayisə etmək bacarığı.
Güclü təşkilatçılıq, koordinasiya və danışıqlar aparmaq bacarığı.
Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Azərbaycan və rus dillərini bilmək vacibdir. İngilis və/və ya türk dili üstünlükdür.
Layihə üzrə obyektlərdə mütəmadi iştirak etmək imkanı.
Vəzifə öhdəlikləri:
Uyğun məkanların araşdırılması, icarə şərtlərinin müqayisəsi və rəhbərliyə təkliflərin təqdim edilməsi.
Dizaynerlərin, tikinti briqadalarının, podratçıların və təchizatçıların axtarışı və işlərinin koordinasiyası.
Təmir, layihələndirmə, mebel və avadanlıqların sifarişi, çatdırılması və quraşdırılmasına nəzarət.
Layihə qrafikinin hazırlanması, müddətlərə və təsdiq edilmiş büdcəyə uyğunluğun izlənilməsi.
Uşaq mərkəzinin təhlükəsizlik, texniki və digər zəruri tələblərə uyğun hazırlanması prosesinin koordinasiyası.
Mərkəz üçün komandanın formalaşdırılması və işçilərin seçimi prosesinin təşkili.
Açılışa hazırlıq planının icrasına və mərkəzin vaxtında fəaliyyətə başlamasına nəzarət.
Maaş: 400 AZN
Yaş: 25-40
Təhsil: Natamam ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Listing source
Open the original listing© Delta Kid boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT





