İş haqqında məlumat:
İş yeri: Qarabağ (Qubadlı)Vəzifə öhdəlikləriTikinti layihələrinin təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə, büdcəyə və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək;Layihənin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərlik etmək;Layihə üzrə işlərin gedişatına nəzarət etmək, görülən işlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;Layihə çərçivəsində çalışan mühəndislərin, texniki heyətin və digər əməkdaşların fəaliyyətini əlaqələndirmək;Layihə-smeta sənədlərini, iş həcmlərini, texniki çertyojları və digər layihə sənədlərini təhlil etmək;Tikinti materiallarının, texnikanın və əmək resurslarının səmərəli istifadəsinə nəzarət etmək;Layihənin büdcəsinə və xərclərinə nəzarət etmək, əlavə xərclərin qarşısının alınması üçün tədbirlər görmək;Sifarişçi, podratçı, subpodratçı və digər aidiyyəti tərəflərlə işgüzar əlaqələri qurmaq və koordinasiyanı təmin etmək;Tikinti işlərinin Azərbaycan Respublikasının qüvvədə olan normativ sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək;Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili intizam qaydalarına riayət olunmasını təmin etmək;Layihə üzrə yaranan texniki və təşkilati problemləri müəyyən etmək, onların operativ həlli istiqamətində tədbirlər görmək;Layihənin icrası ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;Layihə üzrə təqvim qrafiklərinin hazırlanmasını, icrasını və zərurət yarandıqda yenilənməsini təmin etmək;Görülmüş işlərin həcminə və keyfiyyətinə nəzarət etmək, müvafiq icra sənədlərinin hazırlanmasını təşkil etmək;Layihənin müəyyən edilmiş müddətdə və nəzərdə tutulan nəticələrə uyğun tamamlanmasını təmin etmək.
Tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi, layihələrin idarə olunması üzrə təcrübəyə üstünlük verilir;Tikinti layihələrinin planlaşdırılması, təşkili və idarə olunması üzrə biliklər;Layihə-smeta sənədləri, iş həcmləri, Forma 2, Forma 3 və digər icra sənədləri ilə işləmək bacarığı;Tikinti norma və qaydaları, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliklər;Microsoft Office proqramları üzrə biliklər;AutoCAD və digər layihələndirmə proqramları ilə işləmək bacarığı üstünlükdür;Layihənin büdcəsinin, resurslarının və iş qrafikinin idarə edilməsi bacarığı;Analitik düşünmə və operativ qərarvermə bacarığı;Yüksək təşkilatçılıq və liderlik qabiliyyəti;Komandanı idarə etmək, iş bölgüsü aparmaq və əməkdaşların fəaliyyətini koordinasiya etmək bacarığı;Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür;Ezamiyyət və regionda işləmək imkanına malik olmaq.İş şəraitiİş yeri: Qarabağ (Qubadlı)İş qrafiki: 6 günlük iş rejimiQalmaq: Şirkət tərəfindən təmin olunurYemək: Şirkət tərəfindən təmin olunurƏmək müqaviləsi: Rəsmi qaydada rəsmiləşdirilirƏmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 27/10/2026