
Bakı25
Liman və terminal tarifləri şöbəsinin mütəxəssisi

Negotiable
Liman və terminal tarifləri şöbəsinin mütəxəssisi
Verified5 days ago
CityBakı
Date
Views25
Number№4953375
Description
Liman və terminal xidmətləri üzrə tariflərin hesablanması, təhlili, tətbiqi və təkmilləşdirilməsi ilə bağlı işləri həyata keçirmək;Liman və terminal xidmətləri üzrə mövcud tarifləri araşdırmaq, sistemləşdirmək və təhlil etmək;Liman, terminal, yanalma, yükləmə-boşaltma, saxlama və digər xidmətlər üzrə tarif layihələrinin hazırlanmasında iştirak etmək;Yükün növü, həcmi, çəkisi, xidmətin xüsusiyyəti və digər müvafiq göstəricilər nəzərə alınmaqla tariflərin hesablanmasında iştirak etmək;Tarif cədvəllərini, hesablamaları, müqayisəli təhlilləri və digər analitik materialları hazırlamaq;Tariflərlə bağlı daxil olan sorğuları araşdırmaq və səlahiyyətləri çərçivəsində cavabların hazırlanmasında iştirak etmək;Müştərilərlə bağlanan müqavilələrdə tarif və ödəniş şərtlərinin hazırlanması və razılaşdırılmasında iştirak etmək;Tarif güzəştləri, xüsusi tariflər və digər qiymətlər üzrə təklifləri təhlil etmək;Tariflərlə bağlı statistik, maliyyə və əməliyyat məlumatlarını təhlil etmək;Şöbənin fəaliyyət istiqamətləri üzrə dövri və tələb olunan hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər:
Müvafiq sahə üzrə alli təhsil;Dil bilikləri: Rus, ingilis dili yaxşı;Komputer bilikləri: MS Office yaxşı;Tariflərin formalaşdırılması və iqtisadi hesablamaların əsasları haqqında biliklər;Müxtəlif növlü (dəmiryolu, avtomobil, hava və dəniz) daşımaların təşkili, yüklərin təyinatı və göndərilməsi üzrə biliklər; Liman və terminal fəaliyyətinin əsas prinsipləri barədə biliklər;Liman və terminal xidmətlərinin əsas növləri və onların xüsusiyyətləri barədə biliklər;Tarif və qiymət siyasətinin əsas prinsipləri ilə bağlı biliklər; Analitik düşüncə; Müştəri yönümlülük.
Vakansiya növü: Tam ştat
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-liman-ve-terminal-tarifleri-sobesinin-mutexessisi-31085867/apply
ADVERTISEMENT






