Namizədə dair tələblər:
Dəniz, quru və hava daşımaları sahəsində minimum 3 il iş təcrübəsi (əsasən dəniz daşımaları);
Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək;
Bakalavr dərəcəsi;
Minimum üst-orta (upper-intermediate) səviyyədə ingilis dili (rus dili biliyi böyük üstünlükdür);
Nəticəyönümlü, məsuliyyətli və diqqətli olmaq.
İş şəraiti və saatları:
Tam ştatlı iş qrafiki:
Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək; Şənbə günü saat 10:00-dan 13:00-dək;
Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq);
Peşəkar komanda ilə iş birliyi, maliyyə və karyera yüksəlişi üçün şərait (hər şey sizin performansınızdan asılıdır).
Logistika üzrə Əməliyyat Menecerinin vəzifə öhdəlikləri:
Aktiv daşımaları idarə etmək, müştərilərə həftəlik status cədvəllərini hazırlayıb göndərmək;
Müqavilələr üzrə danışıqlar aparmaq, daşıma və emal xərclərini hesablamaq, qiymət təklifləri (kotirovka) hazırlamaq;
Bütün idxal/ixrac daşımaları üçün sistemdə müvafiq sənəd nömrələrini (dispatch references) və iş fayllarını açmaq;
Bütün müvafiq sənədlərin qovluqlarda saxlanılmasını və istənilən vaxt yoxlanış üçün hazır olmasını təmin etmək;
Təşkilati tələblərə uyğun olaraq logistik prosedurlar əsasında çalışmaq;
Nəqliyyat və paylama xərclərinə nəzarət etmək, subpodratçılarla daşıma tarifləri və xidmətlər barədə danışıqlar aparmaq;
Daşıma növlərinə uyğun olaraq pre-alert sənədlərini qəbul və təsdiq etmək;
Yük profillərinin bağlanmasına nəzarət etmək;Gömrük brokerləri ilə koordinasiyalı şəkildə çalışmaq;
Yerli hesab-fakturaların (invoys) hazırlanması üçün dəstəkləyici sənədləri hazırlamaq;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198067/logistika-uzre-emeliyyat-meneceri
ADVERTISEMENT
We use cookies Analytics only with your consent; essential cookies are always on.Privacy policy