
4
Mağaza Meneceri

1 300 ₼
Mağaza Meneceri
VerifiedToday
Date
Views4
Number№6070426
Description
SuperToys komandası böyüməyə davam edir!
Premium mağazamızın idarə edilməsini həyata keçirəcək, yüksək xidmət standartlarını təmin edəcək və satış nəticələrinə rəhbərlik edəcək peşəkar Mağaza Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
Mağazanın gündəlik fəaliyyətini təşkil və idarə etmək;
SuperToys standartlarının və premium xidmət keyfiyyətinin təmin edilməsinə nəzarət etmək;
Satış hədəflərini müəyyənləşdirmək və icrasını təmin etmək;
Komandanı idarə etmək, motivasiya etmək və inkişaf etdirmək;
Müştəri məmnuniyyətini və VIP müştərilərə fərdi yanaşmanı təmin etmək;
Mağazanın merçendayzinq, kassa, anbar və stok proseslərinə nəzarət etmək;
Satış göstəricilərini təhlil etmək, nəticələrin artırılması üçün təkliflər hazırlamaq;
Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər:
Ali təhsil;
Pərakəndə satış sahəsində minimum 5 il iş təcrübəsi;
Mağaza idarəçiliyi və komanda rəhbərliyi üzrə minimum 5 il təcrübə;
Rus dili mütləqdir (sərbəst danışıq səviyyəsində);
Güclü liderlik və idarəetmə bacarıqları;
Yüksək səviyyəli ünsiyyət və müştəriyönümlülük;
Analitik düşünmə və satış göstəricilərini təhlil etmək bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
MS Office və satış proqramları ilə işləmək bacarığı.
Biz təklif edirik:
Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
Peşəkar inkişaf və karyera imkanları;
Dinamik və inkişafyönümlü iş mühiti.
Əmək haqqı: 1300–1700 AZN
CV-lərinizi mövzu hissəsində “Premium Mağaza Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Maaş: 1300 AZN
Son müraciət tarixi: 17.12.2026
Listing source
Open the original listing© Supertoys jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT








