
Bakı8
Mağaza rəhbəri / Satış meneceri
Mağaza rəhbəri / Satış meneceri
800 ₼
Verified4 days ago
Description
iCloud mağazasına Mağaza rəhbəri / Satış meneceri tələb olunur
iCloud mağazamız üçün sadəcə məhsul satan əməkdaş deyil, mağazanı öz işi kimi sahiblənəcək, yeni müştərilər gətirəcək, satışları və mağazanın gəlirini artıracaq məsuliyyətli və təşəbbüskar əməkdaş axtarırıq.
Əgər sən “mənə nə tapşırılıbsa onu edim” düşüncəsində deyilsənsə və “bu mağazanı necə daha çox böyüdə bilərəm?” deyə düşünürsənsə, bu vakansiya sənin üçündür.
Əməkhaqqı və bonus
800 AZN sabit maaş + mağazanın xalis gəlirindən 10% bonus
Yəni mağazanın gəliri artdıqca sənin də qazancın artır.
Məsələn:
3,000 AZN xalis gəlir → 300 AZN bonus
5,000 AZN xalis gəlir → 500 AZN bonus
10,000 AZN xalis gəlir → 1,000 AZN bonus
15,000 AZN xalis gəlir → 1,500 AZN bonus
Beləliklə, yüksək nəticə göstərən əməkdaşın aylıq gəliri 800 AZN-lə məhdudlaşmır.
Biz kim axtarırıq?
Bizə sadəcə mağazada oturub müştəri gözləyən satıcı lazım deyil.
Biz mağazanı sahiblənəcək insan axtarırıq.
Səndən gözləntimiz budur ki:
“Bu gün neçə məhsul satım?” yox,
“Bu mağazaya necə daha çox müştəri gətirim, satışı necə artırım və gəliri necə böyüdüm?” deyə düşünəsən.
Əgər yeni ideyaların varsa, onları həyata keçirmək üçün sənə imkan veriləcək.
İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü
Maaş: 800 AZN + xalis gəlirdən 10% bonus
Vəzifə: Mağaza rəhbəri / Satış meneceri
Müraciət etmək istəyən şəxslər CV-ni göndərsin və özləri haqqında qısa məlumat versinlər.
Qeyd: Müsahibə zamanı namizəddən iCloud mağazasının satışlarını artırmaq üçün ilk 30 gündə hansı addımları atacağını izah etməsi xahiş olunacaq.
Tələblər:
Güclü ünsiyyət və satış bacarığı
Müştəri ilə düzgün münasibət qurmağı bacarmaq
Təşəbbüskar və məsuliyyətli olmaq
Özbaşına işləmək və qərar qəbul etmək bacarığı
Yeni müştəri tapmaq və satış yaratmaq qabiliyyəti
Sosial mediadan aktiv istifadə etmək
Nəticəyə və gəlirə fokuslanmaq
Telefon və elektronika sahəsinə maraq
Satış sahəsində əvvəlki təcrübə üstünlükdür
Azərbaycan dili səlis, rus dili və ya ingilis dili bilmək üstünlükdür
Vəzifə öhdəlikləri:
Mağazanın gündəlik fəaliyyətini müstəqil idarə etmək
Müştəriləri qarşılamaq və yüksək səviyyədə xidmət göstərmək
Məhsullar haqqında müştəriyə düzgün və ətraflı məlumat vermək
Satışları həyata keçirmək və satış nəticələrini artırmaq
Yeni müştəriləri aktiv şəkildə axtarmaq və mağazaya cəlb etmək
Instagram, TikTok, WhatsApp və digər sosial platformalardan satış yaratmaq
Mövcud müştərilərlə əlaqəni qorumaq və təkrar satışlar yaratmaq
Yeni satış ideyaları və kampaniyalar təklif etmək
Korporativ və digər potensial müştərilərlə əlaqələr qurmaq
Rəqibləri və bazarı izləmək
Mağazanın görünüşünə, səliqəsinə və məhsulların düzgün təqdimatına nəzarət etmək
Günlük və aylıq satış nəticələrini izləmək
Mağazanın gəlirinin artırılması üçün yeni yollar tapmaq
Rəhbərlikdən daimi tapşırıq gözləmədən təşəbbüs göstərmək
Maaş: 800-2300 AZN
Yaş: 22-35
Təhsil: Orta
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Listing source
Open the original listing© Orange Store MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT












