Prayk

Maliyyə üzrə təcrübəçi

Negotiable
Verified5 days ago
City
Bakı
Category
Finance
Date
Number
№2835941

Description

Vakansiya: Maliyyə üzrə təcrübəçi İş şəraiti · İş qrafiki: Həftədə 5 iş günü; · İş saatları: 09:00 dan - 18:00 dək; · Şənbə və bazar günləri istirahət günləridir; · İş yeri: Bakı; · Maliyyə və mühasibatlıq sahəsində praktiki təcrübə, peşəkar inkişaf və gələcək karyera imkanları. Üstünlük hesab olunur · F3 (Financial Accounting) sertifikatının olması; · İngilis dili biliyi; · Maliyyə, mühasibatlıq və ya audit sahəsində təcrübə və ya təcrübə proqramında iştirak; · 1C 8.3 proqramı ilə praktiki işləmə təcrübəsi. Müraciət qaydası · Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə üzrə Təcrübəçi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. · Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil və ya son kurs tələbəsi olmaq; · 1C 8.3 proqramı üzrə ilkin nəzəri və ya praktiki biliklərə sahib olmaq; · Maliyyə və mühasibat uçotunun əsasları barədə anlayışa malik olmaq; · Yüksək diqqət, detalları görmək və məlumatlar arasındakı uyğunsuzluqları aşkar etmək bacarığı; · Güclü analitik düşüncə, məntiqi nəticə çıxarma və çevik qərarvermə qabiliyyəti; · Yeni məlumatları sürətlə mənimsəmək və öyrənməyə yüksək motivasiya; · Güclü yazılı və şifahi ünsiyyət bacarığı; · Məsuliyyətli, intizamlı, təşəbbüskar və nəticəyönümlü olmaq; · Komandada işləmək və eyni zamanda verilən tapşırıqları müstəqil icra etmək bacarığı. · 1C 8.3 proqramında maliyyə və mühasibat əməliyyatlarının aparılması prosesində iştirak etmək; · Maliyyə sənədlərinin yoxlanılması, sistemləşdirilməsi və arxivləşdirilməsinə dəstək göstərmək; · Maliyyə məlumatlarının toplanması, emalı və ilkin təhlilində iştirak etmək; · Daxili maliyyə əməliyyatlarının düzgünlüyünün yoxlanılması prosesində iştirak etmək; · Müştəri şirkətlərdən daxil olan maliyyə məlumatlarının dəqiqləşdirilməsi üçün operativ ünsiyyət qurmaq; · Sayım və inventarlaşma proseslərində iştirak etmək, nəticələrin uçot məlumatları ilə uyğunluğunu yoxlamaq; · Aşkar olunan uyğunsuzluqların qeydiyyatını aparmaq və məsul əməkdaşlara məlumat vermək; · Rəhbərlik tərəfindən verilən maliyyə yönümlü tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək.

Similar listings