Namizədə olan tələblər:
Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi(Avtomobil sahəsində təcrübə üstünlükdür);
Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;
Rəqəmsal Marketinq alətləri üzrə bilik;
Meta, Google, Tiktok, SEO və digər platformalarda işləmək bacarığı olmalı;
Instagram, Facebook, TikTok, YouTube və digər sosial media platformalarının idarə olunması üzrə təcrübə;
Kontent strategiyasının hazırlanması və kontent planının idarə edilməsi;
Foto, video və reklam kontentinin hazırlanması prosesini düzgün yönləndirmək bacarığı;
Azərbaycan və ingilis dillərini səlis bilməli(rus dili biliyi üstünlükdür);
Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.
Vəzifə öhdəlikləri:
Şirkətin və təmsil etdiyi avtomobil markalarının illik və aylıq marketinq strategiyasını hazırlamaq və icra etmək;
Marketinq planını satış hədəfləri ilə əlaqələndirmək;
Yeni model və avtomobillərin bazara çıxarılması üçün launch kampaniyaları hazırlamaq və idarə etmək;
Sosial media kanalları üçün aylıq və həftəlik kontent planı hazırlamaq;
Reklam kampaniyalarını Meta, Google və digər platformalarda planlaşdırmaq və idarə etmək;
Reklam kampaniyalarının nəticələrini analiz etmək və optimallaşdırmaq;
Lead generation kampaniyaları hazırlamaq və satış komandası ilə koordinasiya etmək;
Marketinq kampaniyalarından əldə olunan lead-lərin CRM-ə düzgün ötürülməsinə və izlənilməsinə nəzarət etmək;
Satış komandası ilə birlikdə satış kampaniyaları, xüsusi təkliflər və promo aksiyalar hazırlamaq.
Test-drive, showroom, korporativ satış və digər satış aktivlikləri üçün marketinq dəstəyi təmin etmək;
Yeni avtomobil modelləri üçün məhsul kommunikasiya strategiyası hazırlamaq;
Rəqiblərin qiymətlərini, kampaniyalarını, kommunikasiya strategiyalarını və bazardakı fəaliyyətlərini izləmək. ;
Avtomobil bazarı üzrə mütəmadi marketinq və rəqib analizləri hazırlamaq;
Müştəri seqmentlərini və onların davranışlarını analiz etmək;
Brendin sosial media hesablarının inkişafını və brend standartlarına uyğun idarə olunmasını təmin etmək;
Influencer, media və digər kommunikasiya tərəfdaşları ilə əməkdaşlıqları təşkil etmək;
PR, media və tədbir layihələrini planlaşdırmaq və həyata keçirmək;
Avtomobil təqdimatları, test-drive tədbirləri, sərgilər və digər brend tədbirlərinin təşkilində iştirak etmək;
Marketinq agentlikləri, media qurumları, influencerlər, foto/video komandaları və digər tərəfdaşlarla əməkdaşlığı idarə etmək;
Marketinq büdcəsini hazırlamaq, bölüşdürmək və xərclərə nəzarət etmək;
Marketinq fəaliyyətlərinin ROI, CPL, CPA, reach, engagement, lead və satış nəticələrini analiz etmək;
Rəhbərliyə mütəmadi marketinq hesabatları təqdim etmək;
Marketinq fəaliyyətlərinin satış nəticələrinə təsirini ölçmək;
Brendin bazardakı mövqeyinin və tanınmasının artırılması üçün yeni ideyalar və layihələr hazırlamaq.
İş şərtlərimiz:
İş saatları: 09:00-18:00.
İş yeri: Üzeyir Hacibəyli küç 57C.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209253/marketinq-meneceri
ADVERTISEMENT
We use cookies Analytics only with your consent; essential cookies are always on.Privacy policy