Prayk

Memar

Negotiable
Verified2 days ago
Category
Vacancies
Date
Views
3
Number
№5933702

Description

Tələblər: Memarlıq sahəsi üzrə ali təhsil (mütləqdir); Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi; Müasir tikinti norma və qaydalarını bilmək (AzDTN qaydaları əsasında); Archicad proqramlarında peşəkar işləyə bilmək; Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı; Portfolio göndərmək Vəzifələr: Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi; Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi; Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi; Eskiz və işçi layihələrinin hazırlanması; Baş planların hazırlanması; Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi; Layihənin baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması; Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması; Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması; Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi. İş şəraiti 6 günlük iş qrafiki (şənbə yarı iş günü); İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24, Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq təyin ediləcək. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Memar” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 13.12.2026

© Kristal jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp