Vəzifə öhdəlikləri:
Tikinti layihələri üzrə mexaniki, elektrik və santexnika (MEP) sistemlərinin icrasına nəzarət etmək;
HVAC, elektrik, su təchizatı, kanalizasiya və yanğın təhlükəsizliyi sistemləri üzrə işlərin layihə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək;
Tikinti sahəsində MEP işlərinin keyfiyyətinə və icra müddətlərinə nəzarət etmək;
Layihə çertyojlarını, texniki spesifikasiyaları və işçi layihələri təhlil etmək;
Layihə sənədləri ilə faktiki icra arasında uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək;
Podratçı və subpodratçı təşkilatlarla koordinasiyalı işləmək;
MEP işlərinin digər tikinti və mühəndislik işləri ilə uyğunluğunu təmin etmək;
Görülmüş işlərin yoxlanılmasında, sınaq və təhvil-təslim proseslərində iştirak etmək;
Görülən işlər üzrə texniki hesabatların hazırlanmasını təmin etmək.
Tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
Tikinti layihələrində MEP sistemlərinin quraşdırılması və icrası üzrə biliklər;
HVAC, elektrik, su təchizatı və kanalizasiya sistemləri üzrə texniki biliklər;
AutoCAD proqramı ilə işləmək bacarığı;
Texniki çertyojları oxumaq və təhlil etmək bacarığı;
Tikinti norma və standartları barədə məlumatlı olmaq;
Məsuliyyətlilik, operativlik və problem həll etmə bacarığı.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “MEP mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209241/mep-muhendisi
ADVERTISEMENT
We use cookies Analytics only with your consent; essential cookies are always on.Privacy policy