
Bakı7
MEP üzrə Menecer
MEP üzrə Menecer
Negotiable
Verified1 weeks ago
CityBakı
Date
Views7
Number№5199144
Description
Vəzifə öhdəlikləri:
• Elektromexaniki (MEP) layihənin ümumi idarə edilməsi və icrasına nəzarət.
• Layihə işlərinin təsdiq olunmuş büdcə və qrafikə uyğun həyata keçirilməsinin təmin edilməsi.
• Layihə üzrə işlərin planlaşdırılması və resursların idarə olunması.
• Mexaniki, elektrik və santexnika sistemləri üzrə işlərin koordinasiyası.
• Texniki sənədlərin, çertyojların və iş qrafiklərinin hazırlanması və təsdiq prosesinin izlənilməsi.
• Sifarişçi, podratçılar və layihə komandası ilə koordinasiyanın təmin edilməsi.
• Müqavilə öhdəliklərinin icrasına və texniki tələblərə riayət olunmasına nəzarət.
• MEP sistemlərinin sınaq, təhvil-təslim prosesinin təşkili və icrasına nəzarət.
• Layihə üzrə material, avadanlıq və işçi qüvvəsinə olan tələbatın müəyyənləşdirilməsi.
Namizədə dair tələblər:
• Mexanika, elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil.
• Layihələrin idarə edilməsi sahəsində 5 ildən artıq iş təcrübəsi.
• MEP layihələrinin idarə olunması və koordinasiyası üzrə təcrübə.
• AutoCAD və layihə planlaşdırma proqramları ilə işləmək bacarığı.
• Müqavilələr, texniki sənədlər və layihə idarəetməsi üzrə biliklər.
• Danışıqlar aparmaq, komanda idarə etmək və effektiv ünsiyyət qurmaq bacarığı.
İş yeri: Bakı şəhəri, Sabah City.
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək.
Müraciət qaydası:
• Ətraflı məlumat əldə etmək və müraciət etmək üçün elandakı “Müraciət et” düyməsinə klikləyərək göstərilən elektron poçt ünvanına CV-nizi göndərin. Mövzu hissəsində “MEP üzrə Menecer” qeyd etməyiniz xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/201706/mep-%C3%BCzr%C9%99-menecer
ADVERTISEMENT









