










4 700 ₼
Mercedes 190, 1992, 350 000 km
Priced within the usual range of similar listings
The average price of 507 similar listings is 4 500 ₼ — this one is about 180 ₼ (4%) more expensive.
This listing
cheapermost similar listingspricier
Most similar listings fall in this range: 3 900 ₼ – 5 400 ₼
Price history−6%
For saleCopyUsed1 months ago
Description
Özünə Probleməsiz 190 axtaran axıra kimi oxusun.
Maşın 4 ildir məndədir. Bu müddət ərzində bütün qulluq və təmir işləri öz nəzarətimdə görülüb. Maşını satarkən alıcıya problemli maşın vermək istəmirəm, ona görə də almaq istəyən şəxs öz ustası ilə gəlib maşını tam yoxlada bilər.
Mühərrik:
8–9 ay əvvəl qalofka açılıb. Qalofka açılarkən kolça, kladış və dəyişməsi mümkün olan digər detallar yenilənib. Tək mühərrikə 1000 AZN xərc çəkilib.
Mühərrik sənəddə “beznomer” qeyd olunub. Yəni isdədiyiniz vaxt isdədiyiniz mühərriklə dəyişə bilərsiz, təkcə sənədə onun qeyd olunmasının ən az 700–1000 AZN xərci olur.
Mühərrikin yağı yeni dəyişilib, dəyişiləndən 1000 km belə keçməyib.
Karobka:
Karobka təxminən 1 il əvvəl gecikmə səbəbindən 0-dan yığdırılıb. Ona da təxminən 700 AZN xərc çəkilib. Mühərrik ustası da, karobka ustası da tanıdığım və güvəndiyim ustalardır.
Xadavoy:
Xadavoyda problem yoxdur. Atam özü ustadır və xadavoyda yaranan nasazlıqlar vaxtında aradan qaldırılıb. Diferində səs yoxdur.
Maşının hazırda xərc tələb edən texniki problemi yoxdur. Təkərlər yaxşı vəziyyətdədi, Yalnız kiçik kosmetik işləri var. Maşın işim üçün lazım olduğuna görə kosmetik işlərə ustaya verməyə vaxt tapa bilməmişəm.
Maşın ev–iş üçün sürülüb. 4 il ərzində məni bir dəfə də olsun yolda qoymayıb.
Maşın əsasən Yeni Günəşlidə olur.
Ətraflı məlumat üçün zəng edə bilərsiniz.
ADVERTISEMENT














