
Bakı16
Merçendayzer
Merçendayzer
800 ₼
Verified5 days ago
Description
Qida məhsullarının restoranlara, kafelərə, otellərə və market şəbəkələrinə topdan satışı ilə məşğul olan şirkətimizə merçendayzer tələb olunur.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Tam iş günü
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Merçendayzer" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Telefon vasitəsi ilə və ya WhatsApp üzərindən müraciət edəcək namizədlərin məlumatları nəzərə alınmayacaq!
Tələblər:
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Ünsiyyət qurma və komandada işləmə bacarığı;
Bakı şəhərini yaxşı tanımaq;
Aktiv iş rejiminə və gün ərzində müxtəlif satış nöqtələrinə baş çəkməyə hazır olmaq;
Merçendayzer və ya satış sahəsində iş təcrübəsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
Məhsulların marketlərdə və satış nöqtələrində düzgün yerləşdirilməsinə nəzarət etmək;
Rəflərdə məhsulların səliqəli, görünən və satış üçün əlverişli formada düzülməsini təmin etmək;
Məhsulların qiymət etiketlərinin və promo materiallarının düzgün yerləşdirilməsini yoxlamaq;
Məhsulların stok vəziyyətini izləmək və çatışmazlıqlar barədə məlumat vermək;
Məhsulların son istifadə tarixlərinə nəzarət etmək;
Satış nöqtələrində şirkətin məhsullarının təqdimat standartlarını qorumaq;
Market və satış nöqtələrinin məsul şəxsləri ilə düzgün və peşəkar ünsiyyət qurmaq;
Gündəlik marşrut üzrə təyin olunmuş satış nöqtələrinə baş çəkmək və görülən işlərlə bağlı hesabat təqdim etmək.
Maaş: 800 AZN
Yaş: 22-45
Təhsil: Orta
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Listing source
Open the original listing© Gudfood MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
Similar listings














