Metall karkaslı açıq məkan üçün divan
- Müasir dizayn: mat qara metall konstruksiya, həndəsi yan dayaqlar.
- Oturacaq: 2 nəfərlik, geniş və dərin oturacaq hissəsi.
- Yastıqlar: qalın, yumşaq və çıxarıla bilən 2 ədəd bel yastığı; eyni rəngdə qalın oturacaq süngəri.
- Parça: açıq havaya uyğun, parlaq narıncı rəng; təmizlənməsi asan, toz və ləkəyə davamlı örtük.
- Karkas: möhkəm qaynaqla birləşdirilmiş profil dəmir; sabit və dayanıqlı quruluş.
- İstifadə sahələri: həyətyanı sahə, terras, balkon, kafe və restoranların açıq oturacaq zonaları.
- Rahatlıq: erqonomik oturma hündürlüyü və qolluqlar; uzun müddət oturuş üçün uyğundur.
- Baxım: yastıq üzləri çıxarılıb ayrıca təmizlənə bilər; metal hissələr nəmli parça ilə silinməlidir.
- Rəng/komplektləşdirmə: fotolarda göstərilən narıncı yastıqlar və qara karkas. Eyni tərzdə bir neçə ədəd mövcuddur (şəkildə görünür).