
Mexanik - (Hacıqabul rayonu)

Negotiable
Mexanik - (Hacıqabul rayonu)
VerifiedYesterday
CityHacıqabul
Date
Views1
Number№5290776
Description
Sahənin ərazisində yolun cari təmiri ilə məşğul olan məntəqələrdə kiçik maşın və mexanizmlərin hesabatını aparmaq və onların gündəlik təmiri ilə məşğul olmaq;Kiçik maşın və mexanizmlərin işləmə qaydalarını yol briqadirlərinə və yol montyorlarına öyrətmək, AB-2, AB-4 markalı səyyar elektrik stansiyası ilə iş icra olunarkən müvafiq işə nəzarət etmək və yol işçilərinin təhlükəsiz iş mühitini təmin etmək;Yol maşınının hərəkət qrafikini tərtib edərək idarə rəisinin təsdiqinə vermək, əmr üçün müvafiq planları razılaşdırmaq, onun işinə, hərəkətinə nəzarət etmək və icra olunan işləri sənədləşdirmək;Sahənin balansında olan bütün maşın və mexanizmlərin daimi iş prosesini təşkil etmək, kiçik təmirini etmək, onların yanacaq hesabatını aparmaq;İstehsalatda istifadə olunan materialların və ehtiyat hissələrinin alınmasın üçün verilən sifarişi təmin etmək;Təmir arası istifadə olunan alətlərə, onların dözümlülüyünə texniki nəzarət etmək;Avadanlıq və aparatların, ayrı-ayrı detalların vaxtından əvvəl sıradan çıxma səbəblərini aşkar etmək məqsədilə onların iş şəraitini tədqiq etmək;Yeni texnikanın tətbiqinin və inkişaf etmiş texnologiyanın, səmərəliliyi təmin edən təkliflərin və ixtiraların iqtisadi effektivliyinin əsaslandırılmasında iştirak etmək;Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiya və iş yerlərinin rasionallaşdırılması, ağır həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqi üzrə müvafiq işlərdə iştirak etmək;Müəssisədə öz fəaliyyətinə dair rəhbərliyin qərar və layihələri ilə tanış olmaq, öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;Səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik və sahənin bütün struktur bölmə nümayəndələrilə qarşılıqlı fəaliyyət həyata keçirmək;Mövcud normativ-hüquqi aktlara əsasən müvafiq sənədləşdirilməni icra etmək;Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək.
Tələblər:
Təhsil: Müvafiq sahə üzrə Ali təhsil;Azərbaycan dəmir yollarının texniki istismar Qaydaları;Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı;Qatarların hərəkəti və manevr işi haqqında təlimatlara dair biliklərResursların idarə edilməs, Müstəqil işləmə, Problem həll etmə bacarığı.Kompüter biliyi: Microsoft Office proqramları ilə işləmək.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Digər
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Hacıqabul, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-mexanik-haciqabul-rayonu-25317819/apply
ADVERTISEMENT





