
14
Mexanizasiya şöbəsinin rəhbəri

Negotiable
Mexanizasiya şöbəsinin rəhbəri
VerifiedToday
Date
Views14
Number№6071968
Description
Təsvir
Kənd təsərrüfatı texnikası parkının idarə olunmasını və səmərəli istifadəsini təmin etmək;
İllik və mövsümi mexanikləşdirmə planlarını hazırlamaq və icrasına nəzarət etmək;
Traktor, aqreqat və məhsul yığımı texnikalarının texniki xidmət və təmir proseslərini təşkil etmək;
Texnikaların mövsüm öncəsi hazırlığını və mövsümsonu saxlanılmasını təmin etmək;
Texnikaların mühərrik saatları, istifadə əmsalı və texniki vəziyyətinə nəzarət etmək;
Ehtiyat hissələrinin tələbatını, uçotunu və ehtiyat səviyyələrini idarə etmək;
Təmir mərkəzlərinin və texniki xidmət sahələrinin fəaliyyətini koordinasiya etmək;
Mexanikləşdirmə üzrə büdcənin hazırlanmasını və xərclərə nəzarəti təmin etmək;
Texnikaların məhsuldarlıq, istismar və təmir göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq;
Mexaniklər, texniklər və operatorlardan ibarət komandanı idarə etmək;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
Aidiyyəti struktur bölmələr və təchizatçılarla koordinasiyanı təmin etmək.
Tələblər
Kənd təsərrüfatının mexanikləşdirilməsi, mexanika mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
Sahə üzrə minimum 10 il iş təcrübəsi;
Microsoft Excel və rəqəmsal hesabatlılıq üzrə biliklər;
Azərbaycan dili biliyi, İngilis və ya Rus dili biliyi üstünlükdür;
ERP proqramlarda işləmə bacarığı (1C)
Kənd təsərrüfatı texnikası parkının və texniki xidmət proseslərinin idarə edilməsi üzrə təcrübə;
Traktorlar, kənd təsərrüfatı aqreqatları və məhsul yığımı texnikaları üzrə praktiki biliklər;
Profilaktik texniki xidmət, təmir və ehtiyat hissələrinin idarə edilməsi üzrə təcrübə;
Komandanın idarə edilməsi və iş proseslərinin təşkili bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
Yanacaq dəstəyi
Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 17.12.2026
Listing source
Open the original listing© Grand Agro MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT














