
5
Mexanizasiya üzrə Baş mütəxəssis

1 200 ₼
Mexanizasiya üzrə Baş mütəxəssis
VerifiedYesterday
Date
Views5
Number№4487470
Description
Əsas vəzifə öhdəlikləri:
Cəmiyyətin balansında olan kənd təsərrüfatı texnikası, aqreqat, nəqliyyat vasitələri və avadanlıqlarının texniki istismarının, sazlığının və səmərəli istifadəsinin təmin edilməsi;
Texnikaların dövri texniki xidmət, profilaktik baxış və təmir qrafiklərinin hazırlanması və icrasına nəzarət olunması;
Aqrotexniki tədbirlərin (şum, səpin, dərmanlama, məhsul yığımı və s.) vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün texnika parkının operativ planlaşdırılması və bölüşdürülməsi;
Ehtiyat hissələri, sürtkü yağları və yanacaq-sürtkü materiallarına (YSM) olan tələbatın müəyyənləşdirilməsi, sifarişlərin formalaşdırılması və normativlərə uyğun xərcinə nəzarət edilməsi;
Texnikaların GPS monitorinq sistemləri vasitəsilə hərəkətinə, yanacaq sərfiyyatına və iş saatlarına operativ nəzarətin həyata keçirilməsi;
İşçi heyətinin (mexaniklər, sürücülər, texniki heyət) əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət olunması;
Texniki nasazlıqların, qəza və boşdayanmaların səbəblərinin təhlil edilməsi və qarşısının alınması üçün tədbirlər planının hazırlanması;
Regionlarda yerləşən təsərrüfat sahələrindəki texnika parkının vəziyyəti ilə bağlı monitorinqlərin keçirilməsi və hesabatların rəhbərliyə təqdim edilməsi;
Fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi;
Xidməti zərurətlə əlaqədar ehtiyac yarandıqda regionlara ezamiyyələrdə iştirak edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası
Tələblər:
Ali təhsil: (Nəqliyyat, mexanika və ya logistika);
İş təcrübəsi: Texnikalarının idarə olunması, nəqliyyat və ya mexanizasiya sahəsində baş mütəxəssis və ya Dispetçer kimi ən azı 2 il iş təcrübəsi (aqrar sektorda təcrübə üstünlükdür);
Sertifikatlar: Sahə üzrə müvafiq sertifikatlara malik namizədlərə üstünlük verilir;
Texniki və Peşəkar bacarıqlar:
Kənd təsərrüfatı texnikaları, GPS sisteminə nəzarət, aqreqatların quruluşu və iş prinsipi haqqında dərin biliklər;
Yanacaq sərfiyyatının hesablanması və ehtiyyat hissələrinin sərfiyyatı norma və normativlərini bilməsi;
MS Office (xüsusilə MS Excel) proqramlarından sərbəst istifadə bacarığı;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında biliklər.
Yumşaq bacarıqlar:
Analitik düşünmə, operativ qərarverim və problemləri həlletmə bacarığı;
Planlaşdırma və resursları səmərəli idarəetmə qabiliyyəti;
Liderlik, komanda ilə işləmə və güclü kommunikasiya bacarıqları;
Dəqiqlik və detallara diqqət qabiliyyəti.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00 -18:00
Əmək haqqı: 1200 manat (gross)
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mexanizasiya üzrə Baş mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.
Maaş: 1200 AZN
Son müraciət tarixi: 12.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-mexanizasiya-uzre-bas-mutexessis-153607
ADVERTISEMENT














