
9
Montaj rejissoru

Negotiable
Montaj rejissoru
Verified3 days ago
Date
Views9
Number№4957629
Description
Baku TV “Montaj rejissoru” vakansiyası elan edir.
Dinamik, müasir vizual düşüncəyə, geniş dünyagörüşünə və yaradıcı yanaşmaya malik uyğun namizədlər müraciət edə bilər.
Əsas tələblər:
Video montaj sahəsində minimum 3–5 illik peşəkar iş təcrübəsi;
Televiziya verilişləri üçün anonsların, xüsusi günlərə və əlamətdar hadisələrə həsr olunmuş promo və imic çarxlarının kreativ üslubda hazırlanması bacarığı;
Müasir vizual trendləri izləmək və onları yaradıcı iş prosesində tətbiq etmək bacarığı;
Süni intellekt (AI) alətlərindən istifadə edərək kreativ video kontent hazırlamaq bacarığı;
Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı;
Müstəqil yaradıcı ideyalar irəli sürmək və onları konsepsiyadan yekun məhsula qədər reallaşdırmaq bacarığı;
Komandada işləmək, yaradıcı müzakirələrdə və ideya mübadiləsində aktiv iştirak etmək
Qeyd: Portfolio təqdim etmək mütləqdir. Televiziya anonsları, promo və kreativ video çarxlar üzrə iş nümunələrinə üstünlük veriləcək.
Uyğun namizədlər CVlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Son müraciət tarixi: 21.11.2026
Listing source
Open the original listing© Baku TV jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT














