Vəzifə öhdəlikləri:
Müəssisənin bütün maliyyə və təsərrüfat əməliyyatlarını, o cümlədən mal və xidmətlərin alışı və satışını 1C proqram təminatına əlavə etmək;
Bütün əməliyyatları uçot sistemində düzgün əks etdirmək və mühasibat hesabatlarının hazırlanması üçün əsas məlumat bazasını yaratmaq;
Müəssisə tərəfindən həyata keçirilən alış və satış əməliyyatları üzrə elektron qaimə-fakturaları Dövlət Vergi Xidmətinin elektron portalında hazırlamaq və göndərmək;
E-qaimə əməliyyatlarının 1C proqramında düzgün uçota alınmasını təmin etmək;
Hesab-fakturaların sistemə düzgün daxil edilməsinə nəzarət etmək, uyğunsuzluqlar yarandıqda onları aradan qaldırmaq;
Yerli və xarici ödənişləri icra etmək;
Vergi kargüzarlıq sistemini mütəmadi yoxlamaq, daxil olan məktubları izləmək.
Namizədə dair tələblər:
Təhsil: Ali təhsil;
Dil biliyi: İngilis dili biliyi;
Təhsil: Maliyyə, mühasibat və iqtisadiyyat üzrə ali təhsil.
Mühasibat uçotu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
Exceldə mürəkkəb funksiyalarla işləmə bacarığı;
1C proqramlarında sərbəst işləmək bacarığı;
E-qaimə-faktura sistemi, E-taxes portalı, E-Tender, statistika portalları ilə işləmə bacarığı.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə, pdf şəklində Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Son müraciət tarixi: 12.11.2026
© İnnovativ Layihələr Mərkəzi · jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.