Prayk
Mühasib — Maliyyə
Negotiable

Mühasib

VerifiedToday
CategoryFinance

№6305464·Views: 14

Description

Mazarina Trade Company MMC olaraq yeni iş imkanı "Mühasib" vakansiyamızı elan edirik✨ Əsas vəzifə və öhdəliklər: Elektron qaimə-fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması; Aylıq əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi, mükafat, avans və son haqq-hesab ödənişlərinin hesablanması; Vergi, DSMF ( Vahid bəyannamə) və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi; Əmək haqqı üzrə mühasibatlıq müxabirləşmələrinin verilməsi və bank köçürmələrinin/kartlarının idarə olunması; New-E-taxes.gov.az,E-gov.az sistemlərində əməliyyatları icra etmək; Mühasibatlıq əməliyyatlarının Logo Tiger proqram təminatı vasitəsilə qeydiyyata alınması; Şirkətlərarası debitor və kreditorlarla üzləşmələrin aparılması; Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirilməsi. Vakansiya üzrə tələb olunan texniki və yumuşaq bacarıqlar: İşgüzar və məsuliyyətli olmalı ,problemləri həll etmə bacarığı; Ofis proqramlarından sərbəst şəkildə istifadə etmə bacarığı; Peşəkar Mühasib Sertifikatının və müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür; Dövlət portallarında və e-bank sistemində işləmə bacarığı və iş təcrübəsi. İş şəraiti: 5 günlük iş həftəsi; İş saatları 09:00 – 18:00; Bazar rəqabətinə uyğun əmək haqqı. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur Son müraciət tarixi: 23.12.2026

© Mazarina Trade Company jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT