Prayk

Mühasib köməkçisi

500 ₼
Verified3 weeks ago
CityBakı
CategoryFinance

№5518185·Views: 8

Description

İş şəraiti Vəzifə: Mühasib köməkçisi Əməkhaqqı: 500–700 AZN İş rejimi: Tam ştat İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə) İş saatları: 09:00–18:00 İstirahət günləri: Şənbə, Bazar və qanunvericiliklə müəyyən edilmiş qeyri-iş günləri. Rəsmiləşmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi əsasında rəsmi işə qəbul. Müraciət qaydası: Vakansiya ilə maraqlanan namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. E-mail:[email protected] Məktubun mövzu hissəsində “Mühasib köməkçisi” qeyd olunmalıdır. Tələblər: Yaş: 20–35; Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili; Mühasibatlıq sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi; MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; Əməkhaqqının hesablanması, tutulmaların müəyyən edilməsi və ödəniş prosesləri üzrə biliklər; Daxili və xarici bank köçürmələrinin həyata keçirilməsi, ödəniş tapşırıqlarının hazırlanması üzrə praktiki biliklər; Bank müştəri xidmətləri (internet banking) ilə işləmək bacarığı; Vergi və əmək qanunvericiliyinin əsasları barədə məlumatlı olmaq; Elektron qaimə-faktura və elektron dövlət portalları ilə işləmək bacarığı; Diqqətli, məsuliyyətli, dürüst və öyrənməyə açıq olmaq; Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı. Vəzifə öhdəlikləri: İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi; Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan qaimələrin yoxlanılması; Alış və satış əməliyyatları üzrə sənədləşmə işlərinin aparılması; Bank əməliyyatları və bank çıxarışlarının uçotunun aparılmasına dəstək göstərilməsi; Kassa və ödəniş sənədlərinin hazırlanması və qeydiyyatının aparılması; Debitor və kreditor borclarının izlənilməsi; Müqavilə, hesab-faktura, təhvil-təslim aktı və digər maliyyə sənədlərinin hazırlanması; Əməkhaqqının hesablanması və ödəniş prosesinin həyata keçirilməsi; Daxili və xarici bank köçürmələrinin hazırlanması və icrası; Mühasibat və vergi hesabatlarının hazırlanmasında baş mühasibə dəstək göstərilməsi; Sənədlərin düzgün arxivləşdirilməsi və müvafiq tapşırıqların vaxtında yerinə yetirilməsi. Maaş: 500-700 AZN Yaş: 20-35 Təhsil: Natamam ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər

© Ntensile boss.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT