✅ Vergi və mühasibatlıq sahəsində 10 ildən artıq təcrübə ilə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə dəqiq və operativ xidmət göstərirəm.
✅ Xidmət keyfiyyətinin maksimum səviyyədə təmin edilməsi məqsədilə vergi və mühasibatlıq sahəsində davamlı təlimlərdə iştirak edir və peşəkar inkişafımı mütəmadi olaraq davam etdirirəm.
✅ Mühasibatlıq və maliyyə layihələrinin uğurla icrası nəticəsində şirkətlərin maliyyə şəffaflığını artırmış, vergi risklərinin effektiv şəkildə azaldılmasını təmin etmişəm.
✅ Rəhbərlik və onun səlahiyyətli nümayəndələri tərəfindən verilən tapşırıqları qısa zamanda və dəqiqliklə icra edir, görülən işlərlə bağlı onlara yazılı və şifahi formada mütəmadi məlumat təqdim edirəm.
✅ Xidmət haqqının formalaşmasında dövriyyə deyil, göstərilən xidmətin real iş yükü əsas götürülür ki, bu da müştəri üçün daha ədalətli və şəffaf qiymətləndirmə imkanı yaradır.
✅ Vergi orqanı tərəfindən tələb qoyulan Peşəkar Mühasib Sertifikatı (PMS) və beynalxalq sertifikatlarım mövcuddur.
* Təhsil
> Bakalavr <
🔺 Qafqaz Universiteti – Mühasibat uçotu və idarə etmə (2009-2013)
> Magistr <
🔺 Yıldız Teknik Üniversite - İktisadi ve İdari Bilimler Fakültesi (2014-2016)
🔺 Azərbaycan Auditorlar Palatasının Üzvi (2020)
🔺 ACCA F7,F9
🔺 PMS sertifikatı (2022)
* İş təcrübəsi
> 5 ildən artıq <
◾Alfa MMC – Vergi və Maliyyə Direktoru (2021 – indiyənə kimi davam edir)
◾Britaniyanın Avertum şirkətinin Azərbaycandakı filialı – Maliyyə və Vergi konsultasiya sahəsində Menecer (2018-2020)
◾Nor-As MMC – Baş Mühasib (2017-2019)
◾Erkon MMC – Mühasib (2016-2017)
◾Amazing Pay LLC – Mühasib (2014-2016) frelance
◾PSS Park LLC - accountant (frelance) (2013-2015)
* Bacarıqlar
✔ Vergi orqanları ilə aparılan bütün rəsmi yazışmaların, sorğuların və cavabların hazırlanmasına və vaxtında göndərilməsinə nəzarət.
✔ Vergi ilə bağlı yaranmış məsələlərin operativ və düzgün həlli.
✔ Vergi sahəsi ilə baglı əməliyyatlar-bütün vergi hesabatlarının
göndərilməsi
✔ Şirkətlərin mühasibatlıq və maliyyə sistemlərin qurulması və idarə edilməsi
✔ Əmlak, Torpaq, Sadələşmiş, ÖMV, ƏDV və Mənfəət vergiləri üzrə hesabatların hazırlanması və təqdim edilməsi.
✔ Mühasibat,vergi uçotu və DSMF, Statistika ilə baglı əməliyyatlar
✔ E-qaimə və VHF-lərin tərtibi, gömrük bəyannamələri üzrə əməliyyatlar, vergi qanunvericiliyi ilə işləmək və E-portal proqramından istifadə bacarığı.
✔ Sənədlər və mühasibat yazışmaları əsasında vergi və mühasibat hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi.
✔ DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
✔ Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
✔ Tender və Katirovka sorğusu üçün sənədlərin toplanması, hazırlanması və lazımı yerlərə təqdim edilməsi
✔ Debitor və kreditorların hazırlanması və nəzarət edilməsi
✔ Əməliyyatların 1 C proqramına işlənməsi
✔ Əmrlərin və sərəncamların, habelə icrasına nəzarət tələb edən tapşırıqların uçotunun aparılması.
✔ Kadr uçotunun aparılması və insan resursları üzrə digər əlaqəli işlərin icrası.
© Anar Əliyev · tap.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.