Mukinta elektrikli hava vuran cihazı qaraj, emalatxana, həyətyanı sahə və tikinti ərazilərində toz, yarpaq və xırda tullantıların təmizlənməsi işləri üçün nəzərdə tutulub.
Kabel vasitəsilə şəbəkədən qidalanması fasiləsiz işləməyə imkan verir. Ergonomik tutacaq quruluşu istifadə zamanı cihazı rahat nəzarətdə saxlamağa şərait yaradır. Uzun üfürmə borusu hava axınını dəqiq istiqamətləndirməyə kömək edir.