

Narciso Rodriguez Narciso 90 ml
Description
Narciso Rodriguez Narciso – yumşaq ətir qardeniya çiçəyinin parlaq qoxusu ilə açılır. Ətri qoxlayarkən südlü çayı xatırladır. Ağac notları ilə müşk ətrə bir qədər unisex-lik verir. Olduqca qalıcı və şleyfli ətirdir.
Bu "əsər" adını qazanmış ətir 2014-cü ilin sentyabr ayında işıq üzü görmüşdür. Öz yaradıcılığını təqdim edərkən dizayner bildirmişdir ki, "Mən inanılmaz dərəcədə cazibədar bir parfüm yaratmaq istəyirdim, şleyfiylə kişiləri döndərəcək qədər". Parfümün adında ətriyyatçı yalnız öz adını deyil, həm də Narçis barədə mifin baş qəhramanın adını nəzərdə tutmuşdur. Rodriqes əmindir ki, bu sadəcə öz əksinə vurğunluq mifi deyil, həm də gizli cazibə haqqında olan hekayədir.
Narciso Rodriguez Narciso kompozisiyası ağ qardeniya və qızılgül notlarıyla başlayır, sonra ətrin ürəyindəki ilıq müşk qoxularıyla eşidilir. Bazasına vetiver və iki növ - ağ və qara sidrin ağac akkordları əlavə olunub. Bu ətirdə "Hissiyatlılıq da daha cəzbedici, da daha məstedici hal alır". Narciso tərkibindəki vetivera, müşk və ənbər miksinin sayəsində onu istifadə edən xanıma öz çəkiciliyi və cəzibədarlığını kəşf etməyə imkan yaradacaq. Bu nəfis və zərif ətrin siması model Rakel Zimmerman - Raquel Zimmermann olmuşdur.
Özünü artıq dərəcədə ovsunlayıcı hiss etmək - Narciso ətri öz sahibəsinə məhz bunu öyrətməlidir. Dizayner Narcisonun dediyinə görə "Yaradıcılığımda yer tutan bütün ecazkarlıq mənim Latın Amerika köklü olmağımdan əmələ gəlir. Mən qadınların cazibəsini çox zərif şəkildə, onu ucuzlaşdırmadan vurğulamaq istəyirəm".
Listing source
Open the original listing© larose.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.




