2008-ci ilin etibarlı və ekonom hetçbekini satıram. Avtomobil rəsmi dilerdən alınıb, əvvəlcədən avropa bazarı üçün nəzərdə tutulub. Sükanı orijinal soldur (bazardakı bir çox analoqlar kimi heç bir dəyişiklik və ya "perekidka" yoxdur).
Avtomobili yalnız xanım idarə edib, buna görə də salon çox səliqəli və təmizdir. Yeni sürməyə başlayanlar üçün mükəmməl seçimdir.
Texniki vəziyyəti — əladır:
Mühərrik saat kimi işləyir, sürət qutusu (korobka) əla keçirir, heç bir problemi yoxdur. Xadavoyda heç bir problem yoxdur, tam qaydasındadır — otur və sür.
Xarici görünüşü:
Avtomobil qəzada olmayıb, vuruğu yoxdur. Sadəcə olaraq, kiçik kosmetik təmirə (rənglənməyə) ehtiyac var. Sürüşə və texniki duruma heç bir təsiri yoxdur, sadəcə xarici görünüş üçün əl gəzdirmək lazımdır. Qiymətində bunlar nəzərə alınıb.
Alverçilərdən və avtosalonlardan xahiş olunur ki, narahat etməsinlər, vaxt almasınlar! Real alıcı ilə maşının yanında qiymətdə razılaşmaq olar.
© Sahibi · turbo.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.