Maşın 2019-cü ildən özümdədir ikinci sahibiyəm. Bu müddət ərzində yalnız özüm istifadə etmişəm. İstifadə etdiyim müddətdə heç bir qəzası olmayıb. Mənə qədər də ancaq Nissan servisdə qulluq edilib.
Maşını ailədə ikinci avtomobil kimi saxlamışam və çox az istifadə etmişəm. Əsasən yalnız evdən işə, işdən evə sürmüşəm. Hər zaman səliqəli saxlamışam və vaxtında qulluq etdirmişəm.
Motor və karobka ideal vəziyyətdədir.
Karobkanı Nissan servisində sıfırdan yığdırmışam və hazırda heç bir problemi yoxdur.
Maşına hər zaman Nissan servisində qulluq etdirmişəm, lazım olan işləri vaxtında gördürmüşəm.
Akkumulyator yenidir, qısa müddət əvvəl almışam.
İkinci maşınım olduğu üçün az sürmüşəm, ağır istifadədə olmayıb.
Qeyd:
Katalizatorun işığı yanır, datçik dəyişilməlidir. Bunun xərcini qiymətdə nəzərə almışam.
Maşının cüzi kosmetik xərcləri var. Həmin yerləri şəkillərdə göstərmişəm.
Maşını uzun illər özüm üçün saxlamışam, baxımına və təmirinə heç vaxt pul əsirgəməmişəm. Nəyi varsa, olduğu kimi qeyd etmişəm.
İstəyən gəlib baxa, istədiyi servisdə yoxlada bilər.
Real alıcı ilə qiymətdə razılaşmaq olar.
© Vüqar · turbo.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.