Restoranlar, klinikalar, mağazalar və ofislər üçün tam İT və texniki xidmət təklif edirəm.
Ştatda daimi işçi saxlamağa və ona yüksək maaş ödəməyə ehtiyac yoxdur. Sərfəli aylıq fiks ödənişlə obyektinizin bütün texniki infrastrukturunu nəzarətdə saxlayıram.
Hansı xidmətləri göstərirəm:
Şəbəkə və İnternet: Wi-Fi sistemlərinin və lokal şəbəkələrin (LAN) sıfırdan çəkilməsi, donmaların aradan qaldırılması.
Təhlükəsizlik: IP videomüşahidə kameralarının quraşdırılması, kabelləşməsi və telefona qoşulması.
Səs sistemləri: Restoran və obyektlər üçün səs gücləndiricilərin, kolonka və mikrofonların quraşdırılması, sıfırdan xətlərin çəkilməsi.
Proqram təminatı: R-Keeper, iiko, kassa aparatları, serverlər və ofis kompüterlərinin stabil işləməsinə dəstək.
Avadanlıq təchizatı: Obyekt üçün lazım olan texnikanın (kamera, səs sistemi, kabel, şəbəkə avadanlığı) ən uyğun topdansatış qiymətinə tapılması, alınması və montajı.
İş prosesi necə qurulur:
Həftədə 2-3 dəfə obyektə gəlib sistemlərin profilaktik yoxlanışını edirəm.
Gündəlik yaranan proqram problemlərini dərhal uzaqdan (online) həll edirəm.
Təcili və kritik hallarda (internet kəsintisi, texnikanın yanması və s.) operativ şəkildə obyektə yaxınlaşıram.
Öz işimi elə qururam ki, obyektinizin işi heç vaxt texniki səbəblərə görə dayanmasın.
Qiymət obyektin həcminə və avadanlıqların sayına görə fərdi olaraq təyin edilir. Obyektinizə ödənişsiz baxış və konsultasiya üçün zəng edə və ya WhatsApp-da yaza bilərsiniz.