Prayk

Office manager

Negotiable
Verified6 days ago
City
Bakı
Date
Views
8
Number
№5681598

Description

Əsas vəzifə öhdəlikləri 1. Ofis idarəçiliyi və inzibati fəaliyyət Ofisin gündəlik fəaliyyətinin təşkili və nəzarətdə saxlanılması; Ofisin daxili nizam-intizam və iş qaydalarına riayət olunmasının izlənilməsi; Ofis ləvazimatları və digər inzibati ehtiyacların idarə olunması; Müəllimlər, tələbələr və əməkdaşlar arasında gündəlik koordinasiyanın təmin edilməsi; Davamiyyət və iş qrafiklərinin izlənilməsi; Daxil olan zənglərin, elektron məktubların və müraciətlərin idarə olunması; Sənədləşmə, məlumatların sistemləşdirilməsi və arxivləşdirilməsi. 2. Rəhbərliyə administrativ dəstək Rəhbərliyin gündəlik iş qrafikinin və görüşlərinin planlaşdırılması; İclasların, görüşlərin və işgüzar tədbirlərin təşkili; Rəhbərlik tərəfindən verilən tapşırıqların qeydiyyata alınması və icrasının izlənilməsi; Müxtəlif şöbələr və əməkdaşlar arasında tapşırıqların koordinasiyası; Hesabatların, təqdimatların və işgüzar yazışmaların hazırlanmasına dəstək; Rəhbərliyin gündəlik iş proseslərinin daha səmərəli təşkilinə kömək etmək; Məxfi məlumatların qorunmasını təmin etmək. 3. Hesabatlılıq və proseslərin izlənilməsi Gündəlik və həftəlik inzibati hesabatların hazırlanması; Açıq qalan tapşırıqların və görüləcək işlərin izlənilməsi; Mövcud inzibati proseslərdə problemlərin müəyyən edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi; Rəhbərliyə müvafiq məlumatların vaxtında təqdim edilməsi. Namizədə tələblər Ali təhsil; Office Manager, Personal Assistant  vəzifələrində minimum 1–2 il iş təcrübəsi; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili biliyi arzuolunandır; MS Office proqramları, xüsusilə Excel, Word və PowerPoint üzrə biliklər; Güclü təşkilatçılıq və planlaşdırma bacarıqları; Effektiv kommunikasiya və problem həll etmə bacarığı; Eyni zamanda bir neçə tapşırığı idarə etmək və prioritetləşdirmək bacarığı; Məsuliyyətli, təşəbbüskar, diqqətli və detallara həssas olmaq; Məxfi məlumatlarla işləmək və peşəkar etik qaydalara riayət etmək. Biz nə təklif edirik? Peşəkar və inkişafyönümlü iş mühiti; Rəhbərliklə birbaşa işləmək və idarəetmə proseslərində iştirak etmək imkanı; Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi; Rəsmi əmək müqaviləsi; Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir

© Score College busy.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp