
9
Ofis meneceri

800 ₼
Ofis meneceri
Verified2 days ago
Date
Views9
Number№5211723
Description
“Alutech Baku” şirkəti üçün Ofis-menecer tələb olunur.
Tələblər:
Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
Ofis proqramlarında işləmə bacarığı;
Vəzifələrin icrası üçün çalışqan olmaq;
Azərbaycan, rus və ingilis dillərində ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
Şirkətin ofis fəaliyyətinin gündəlik inzibati və təşkilati işlərini planlaşdırmaq və koordinasiya etmək.
Daxil olan və göndərilən məktubların, sənədlərin və digər yazışmaların qəbulunu, qeydiyyatını və aidiyyəti üzrə yönləndirilməsini təşkil etmək.
Müqavilə, məktub, əmr, ərizə, protokol, arayış və digər inzibati sənədlərin hazırlanmasında və sistemləşdirilməsində iştirak etmək.
Ofis ləvazimatları və inzibati ehtiyacların təmin olunmasına nəzarət etmək.
İşçilərin davamiyyəti, məzuniyyət, ezamiyyət və digər inzibati məsələlər üzrə sənədlərin hazırlanması və uçotunda iştirak etmək.
HR və digər struktur bölmələrlə koordinasiyalı şəkildə işçilərlə bağlı inzibati sənədləşməni həyata keçirmək.
Şirkətin elektron və kağız sənədlərinin sistemləşdirilməsi, arxivləşdirilməsi və məxfiliyinin qorunmasını təmin etmək.
İş şəraiti
Ünvan: Heydər Əliyev pr. 106a
İş qrafiki: 6 günlük iş rejimi
Əmək haqqı: 800 AZN (net)
Uyğun namizədlər CV formalarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV-lərinizi göndərəndə, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz.
Maaş: 800 AZN
Son müraciət tarixi: 26.11.2026
Listing source
Open the original listing© Alutech jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT













