Prayk

Ofis Meneceri

500 ₼
Verified2 weeks ago
Category
HR, staffing
Date
Views
15
Number
№5317005

Description

Namizədə tələblər: Xanım namizəd, 23–35 yaş; Ali təhsil; Ofis proqramları ilə işləmək bacarığı (Word, Excel, Outlook, 1C və s.); Azərbaycan və rus dillərini bilmək (ingilis dili arzuolunandır); Sürətli öyrənmə qabiliyyəti, əməksevərlik, məsuliyyətlilik, punktuallıq və dürüstlük. Vəzifə öhdəlikləri: Daxil olan zənglərin, korporativ elektron məktubların, veb-sayt və digər mənbələrdən daxil olan müraciətlərin qəbulu və qeydiyyatının aparılması; Kommersiya təkliflərinin, müqavilələrin, təhvil-təslim aktlarının, elektron qaimə-fakturaların və digər sənədlərin hazırlanması, uçotunun aparılması, göndərilməsi və qəbulunun təmin edilməsi; Ofisin zəruri ləvazimatlarla təmin edilməsi və təsərrüfat işlərinin təşkili (dəftərxana ləvazimatları, məişət və mətbəx ehtiyacları, təmir, təmizlik və digər işlər); Ofisə gələn qonaqların qarşılanması, qonaqlara və rəhbərliyə çay və kofe təqdim edilməsi; Korporativ tədbirlərin, görüşlərin, təqdimatların, sərgilərin, korporativ bayramların və komanda quruculuğu tədbirlərinin təşkili; Açıq vakansiyalar üzrə namizədlərin axtarışı; Əməkdaşların iş vaxtının uçotunun aparılması; Daxili korporativ prosedurların və motivasiya sisteminin hazırlanmasında, dəyişdirilməsində və təkmilləşdirilməsində iştirak. İş şəraiti: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul; Şirkət hesabına nahar; Şirkət hesabına fitness-klub; Şirkət hesabına təlim və sertifikasiya imkanları; Korporativ tədbirlər; Mehriban və sıx əməkdaşlıq mühiti; Əmək haqqı: 500 AZN + bonus; İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 500 AZN Son müraciət tarixi: 29.11.2026

© Best Soft jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp