
Bakı9
Onlayn satış və sosial media üzrə mütəxəssis
Onlayn satış və sosial media üzrə mütəxəssis
500 ₼
Verified2 weeks ago
Description
Transformers Azerbaijan komandamıza onlayn satış və sosial media istiqamətində çalışacaq, ünsiyyətcil və məsuliyyətli əməkdaş axtarıq.
Vəzifə öhdəlikləri
Instagram, TikTok və digər onlayn kanallardan daxil olan müştəri müraciətlərinin cavablandırılması;
Müştərilərə məhsullar, qiymətlər və xüsusiyyətlər barədə düzgün məlumat verilməsi və satışın həyata keçirilməsi;
Onlayn sifarişlərin qəbul edilməsi, qeydiyyatı və izlənilməsi;
Müştərilərlə peşəkar, nəzakətli və satış yönümlü ünsiyyətin qurulması;
Məhsulların sosial media üzərindən satışının təşkilində iştirak;
Ehtiyac olduqda Instagram Reels, TikTok və digər sosial platformalar üçün məhsulların qısa videolu təqdimatlarının hazırlanmasında və çəkilişlərdə iştirak;
Kamera qarşısında məhsulların sadə, səlis və maraqlı formada təqdim edilməsi;
Satış və gündəlik ofis işlərinin kompüter üzərindən aparılması;
Ofis daxilində komanda ilə koordinasiyalı işləmək.
Namizədə tələblər
Azərbaycan dilində sərbəst və səlis danışıq;
Rus dili biliyi üstünlükdür;
Satış və müştəri ilə ünsiyyət bacarığı;
Kompüter və internetdən sərbəst istifadə bacarığı;
Instagram, TikTok və digər sosial media platformaları haqqında anlayış;
Kamera qarşısında sərbəst danışmaq və məhsul təqdim etmək bacarığı;
Ünsiyyətcil, məsuliyyətli və punktual olmaq;
Komandada işləmək bacarığı;
Öyrənməyə və inkişaf etməyə açıq olmaq.
Satış və ya onlayn satış sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə: 10:30–18:00
Şənbə: 10:00–13:00
Bazar: istirahət günü
Əməkhaqqı: 500 AZN + satış nəticələrinə əsaslanan bonus
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/195670/onlayn-satis-ve-sosial-media-uzre-mutexessis
ADVERTISEMENT







