Prayk
Özəl bankçılıq üzrə satışlara Qrup Rəhbəri — Satış, Bakı
Negotiable

Özəl bankçılıq üzrə satışlara Qrup Rəhbəri

Verified4 days ago
City
Bakı
Category
Sales
Date
Views
27
Number
№5055615

Description

Əsas vəzifə öhdəlikləri Özəl Bankçılıq üzrə Satış komandasının ehtiyaclarının və yeni satış imkanlarının müəyyən edilməsi, mövcud və potensial müştərilərlə əlaqələrin inkişaf etdirilməsinin təmin edilməsi;Müəyyən edilmiş səlahiyyət və limitlər çərçivəsində Satış Şöbəsinin satış fəaliyyəti və əməliyyatlarına (ödənişlər, nağd əməliyyatlar və s.) nəzarət edilməsi;Satış Şöbəsinin əməliyyat bölmələrinin Özəl Bankçılıq BM tərəfindən hazırlanmış metodologiyalara uyğun fəaliyyət göstərməsinə nəzarət edilməsi;Bankın siyasət, qayda, prosedur və standartlarına uyğun olaraq komanda üzvlərinin (RM-lərin) fəaliyyətinin effektivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi;Bankın müəyyən etdiyi xidmət standartlarına riayət olunmasının təmin edilməsi;Zərurət yarandıqda bank məhsulları və xidmətləri üzrə müştərilərə məsləhət və dəstəyin göstərilməsi;Müştərilərlə keçirilən görüşlərin, aparılan müzakirələrin və yazışmaların müvafiq qaydada sənədləşdirilməsinin təmin edilməsi;Müştəri məmnuniyyətinin təmin edilməsi, əsaslandırılmış müştəri şikayətlərinin operativ araşdırılması və müvafiq tədbirlərin vaxtında görülməsi;Satış komandasına yeni əməkdaşların seçilməsi və işə qəbulu prosesində iştirak edilməsi, yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili;İmza səlahiyyətləri çərçivəsində müvafiq sənədlərin yoxlanılması və imzalanması, ABS sistemində müəyyən edilmiş limitlər daxilində əməliyyatların və dəyişikliklərin təsdiqlənməsi;Bankın digər struktur bölmələri ilə effektiv əməkdaşlığın təmin edilməsi;Strateji əhəmiyyətli əsas müştərilər portfelinin birbaşa idarə edilməsi, mürəkkəb müştəri məsələlərinin həllində müştəri menecerlərinə dəstək göstərilməsi;Satış imkanları portfelinin (sales pipeline) idarə edilməsi, həftəlik satış görüşlərinin təşkili, satış proqnozlarının və müvafiq hesabatların Şöbə rəhbərinə vaxtında təqdim edilməsi;Daxili və xarici audit, eləcə də tənzimləyici orqanlar tərəfindən irəli sürülən tələb və sorğuların vaxtında və müvafiq qaydada icrasının təmin edilməsi;Bütün fəaliyyət və əməliyyatların bankın komplayns tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi;Zərurət yarandıqda səlahiyyətləri çərçivəsində müqavilələrin, gündəlik əməliyyat sənədlərinin, rəsmi yazışmaların və digər müvafiq sənədlərin yoxlanılması və imzalanması;Birbaşa tabeliyində olan əməkdaşların davamlı inkişafının və kouçinqinin təmin edilməsi, onların fəaliyyətinin illik və yarımillik əsasda qiymətləndirilməsi;Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: PASHA Bank Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/pashabank/pashabank-ozel-bankciliq-uzre-satislara-qrup-rehberi-13858064/apply
ADVERTISEMENT