Prayk
Paketləyici (Hərbi sənaye istehsal sahəsi üzrə) — Sənaye, istehsal
600 ₼

Paketləyici (Hərbi sənaye istehsal sahəsi üzrə)

Verified4 days ago
Date
Views
33
Number
№5680824

Description

Qeyd - Hazır məhsulların qablaşdırılması və markalanması İş şəraiti Departament - İstehsalat departamenti İş yeri - Bakı şəhəri (yaxın aylarda Sumqayıt şəhəri) İş qrafiki - 5 günlük iş həftəsi İş saatları - 09:00 – 18:00 (1 saat nahar və istirahət fasiləsi) Əmək haqqı - 600 AZN (net) (sınaq müddəti – ilk 3 ay) / 800 AZN (net) (sınaq müddətindən sonra) Əmək müqaviləsi Əmək müqaviləsi 3 (üç) aylıq sınaq müddəti olmaqla 1 (bir) il müddətinə bağlanılır. Tərəflər arasında narazılıq olmadığı təqdirdə müqavilə eyni müddətə uzadılır. Əmək funksiyaları Hazır məhsulların texniki tələblərə və təlimatlara uyğun qablaşdırılması; Qablaşdırmadan əvvəl məhsulun miqdarının, komplektliyinin və xarici görünüşünün yoxlanılması, zədəli və ya uyğunsuz məhsul aşkar edildikdə rəhbərliyə məlumat verilməsi; Qablaşdırma materiallarından (karton və taxta qutular, köpük, streç-plyonka, lent və s.) düzgün və qənaətlə istifadə edilməsi; Qablaşdırılmış məhsulların markalanması, etiketlənməsi, çəkilməsi və müşayiət sənədlərinin qutuya əlavə edilməsi; Qablaşdırılmış məhsulların anbara təhvil verilməsi və ya göndərişə hazırlanmasında anbardarla birgə işləmək; Qablaşdırılan məhsulların uçot jurnalında qeydiyyatının aparılması; Qablaşdırma materiallarının qalığına nəzarət edilməsi və vaxtında sifariş üçün məlumat verilməsi; İş yerinin və qablaşdırma sahəsinin təmiz və səliqəli saxlanılması; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına, habelə müdafiə sənayesi sahəsinə xas məxfilik rejiminə ciddi əməl edilməsi; Rəhbərliyin tapşırığı ilə istehsalatla bağlı digər tapşırıqların yerinə yetirilməsi. Tələblər Orta və ya orta ixtisas (peşə) təhsili; Qablaşdırma, anbar və ya istehsalat sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır; Fiziki dözümlülük, ayaq üstə işləmək bacarığı; Diqqətlilik, dəqiqlik və səliqəlilik; Etiket, marka və müşayiət sənədlərini oxumaq və sadə qeydiyyat aparmaq bacarığı; Xarici dil biliyi üstünlükdür; İntizamlılık, məsuliyyət, komandada işləmək bacarığı və məxfiliyə riayət. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər. Telefon: 010 239 50 16 Maaş: 600 AZN Son müraciət tarixi: 06.12.2026

© Company jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp