Prayk

Planlama üzrə mütəxəssis (mebel fabriki)

Negotiable
VerifiedYesterday
Date
Views
2
Number
№5631999

Description

Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq. Vəzifə öhdəlikləri: Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya illik olmaqla material planlamasının hazırlanması; Planlamaya daxil olan təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq materialları müəyyən edərək bağlı olduğu rəhbərə bildirilməsi; Xammal və materialların vaxtında təmin edilərək istehsala daxil olmasının izlənməsi; İstehsal planlarına uyğun iş qrafiklərinin hazırlanması və icrasına nəzarət edilməsi; İstehsal planından yayınmaların və gecikmələrin izlənməsi, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi; Gecikmələrin səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı birbaşa rəhbərlə müzakirələrin aparılması; Hazır məhsul, xammal və material qalıqlarına nəzarət edilməsi və ehtiyacların müəyyənləşdirilməsi; İstehsal prosesinin gündəlik izlənməsi və təsdiq edilmiş planların icrasına nəzarət edilməsi; Planlama üzrə analitik hesablamaların aparılması və digər struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması; Rəhbərlik tərəfindən verilən vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqların yerinə yetirilməsi. Namizədə tələblər: Ali təhsil; İş təcrübəsi mebel sahəsi üzrə 2 ildən artıq ; Tapşırıqların prioritetləşdirilməsi bacarığı; Vaxt idarəetməsi və operativlik bacarığı; Material çatışmazlıqları üzrə risk analizi etmə bacarığı; Layihə dəyişikliklərinə çevik reaksiya verə bilmə bacarığı; Stressə davamlılıq; Analitik və təhliletmə bacarığı; Komandada işləmək bacarığı İş şəraiti: İş yeri: Binəqədi şossesi 53; İş qrafiki: 5 günlük (09:00 - 18:00) Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 05.12.2026

© Kontakt Home jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp