Prayk

Product Manager – Dijital Stomatoloji Avadanlıqlar

1 000 ₼
VerifiedYesterday
City
Bakı
Date
Views
2
Number
№5611167

Description

Vəzifə haqqında Product Manager rəqəmsal stomatoloji avadanlıqların, xüsusilə Panda Scanner intraoral skanerlərinin Azərbaycan bazarında inkişafı, texniki dəstəyi və məhsul təqdimatlarına cavabdeh olacaq. Vəzifə texniki biliklər, məhsul ekspertizası və satış komandasına dəstək funksiyalarını birləşdirir. Stomatologiya sahəsində əvvəlki iş təcrübəsi mütləq deyil. Məhsullar və rəqəmsal iş prosesləri üzrə zəruri təlimlər şirkət və istehsalçı tərəfindən təmin ediləcək. Vəzifə öhdəlikləri Rəqəmsal stomatoloji avadanlıqların klinikalarda quraşdırılması və istifadəyə verilməsi; Avadanlıq və proqram təminatı ilə bağlı texniki problemlərin müəyyən edilməsi və həlli; Müştərilərə texniki dəstəyin göstərilməsi və proqram yeniləmələrinin idarə olunması; Zəmanət və servis müraciətlərinin istehsalçı ilə koordinasiyası; Satış komandası ilə birlikdə həkimlər və klinikalarla görüşlərin keçirilməsi; Məhsulların nümayişi və təqdimatlarının təşkili; Müştəri rəylərinin və bazardan daxil olan geri bildirişlərin istehsalçıya ötürülməsi; Satış komandası və müştərilər üçün məhsul təlimlərinin keçirilməsi; Sərgi, konfrans və digər peşəkar tədbirlərdə məhsulların təqdim edilməsi; İstehsalçının təşkil etdiyi beynəlxalq təlimlərdə iştirak. Namizədə tələblər Biotibbi mühəndislik, tibbi texnika, elektronika və ya oxşar texniki ixtisas üzrə ali təhsil; İngilis dilini sərbəst səviyyədə bilmək (yazılı və şifahi) – mütləqdir; Kompüter, texniki avadanlıqlar və proqram təminatı üzrə güclü biliklər; Texniki məlumatları sadə və anlaşılan formada izah etmək bacarığı; Güclü ünsiyyət və təqdimat bacarıqları; Müştərilərlə işləmək və problemləri operativ həll etmək bacarığı; Öyrənməyə açıqlıq, məsuliyyətlilik və təşəbbüskarlıq; Ölkədaxili və xarici ezamiyyətlərə hazır olmaq. İş şəraiti və təkliflərimiz 1000 AZN sabit əməkhaqqı və performansa əsaslanan bonus sistemi; Şirkət və beynəlxalq istehsalçılar tərəfindən peşəkar təlimlər; Rəqəmsal stomatologiya kimi sürətlə inkişaf edən sahədə karyera və peşəkar inkişaf imkanları; Müasir ofis şəraiti və peşəkar komanda mühiti; Beynəlxalq brendlər və innovativ texnologiyalarla işləmək imkanı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Product Manager – Dijital Stomatoloji Avadanlıqlar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/204214/product-manager-dijital-stomatoloji-avadanliqlar
ADVERTISEMENT