Prayk
Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis — HR, kadr
Negotiable

Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis

VerifiedToday
Category
HR, staffing
Date
Views
16
Number
№6144553

Description

Öhdəliklər: Müəssisənin struktur bölmələrində təsdiq edilmiş prosedur və təlimatların faktiki iş prosesində tətbiqini yoxlamaq; Prosedurlarda nəzərdə tutulmuş tələblərlə faktiki icra arasında fərqləri müəyyən etmək; Əməkdaşların funksiyalarının faktiki icrasının vəzifə təlimatları ilə uyğunluğunu yoxlamaq, Vəzifə təlimatlarında qeyd edilməyən, lakin faktiki yerinə yetirilən funksiyaları müəyyən etmək; İcra olunmayan, təkrarlanan və ya digər əməkdaşların funksiyaları ilə üst-üstə düşən işləri aşkar etmək; Biznes proseslərinin mərhələlərini təhlil edərək vaxt itkisi, artıq əməliyyatlar və səmərəsiz fəaliyyətləri müəyyən etmək; Proseslərin optimallaşdırılması, əməliyyatların təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq; ISO 9001 üzrə Daxili Auditlər təşkil etmək və nəticələri sənədləşdirmək; Aşkar edilmiş problemlər üzrə təhlil və monitorinq hesabatları hazırlamaq; Razılaşdırılmış təkmilləşdirmə tədbirlərinin icrasını və əldə edilmiş nəticələri yoxlamaq; Monitorinq nəticələri və təkmilləşdirmə təklifləri barədə şöbə müdirinə mütəmadi hesabat təqdim etmək Əsas tələblər: Ali təhsil  Biznesin idarə edilməsi, Menecment və əlaqəli ixtisaslara üstünlük verilir. Müvafiq sahə üzrə 2 il iş təcrübəsi; Azərbaycan dili –  yaxşı; Rus və ingilis dili biliyi üstünlükdür; MS Office, xüsusilə Excel və PowerPoint üzrə yaxşı biliklər. Power BI, Visio və proseslərin modelləşdirilməsi alətləri üzrə biliklər üstünlükdür. Biznes proseslərinin təhlili və qiymətləndirilməsi bacarığı; Vəzifə funksiyalarının və iş yükünün təhlili üzrə biliklər; Məlumatların toplanması, təhlili və hesabatların hazırlanması bacarığı; Auditlər təşkil etmək və qiymətləndirmək bacarığı. Fərdi keyfiyyət göstəriciləri: Məsuliyyətlilik Analitik düşüncə tərzli Komandada işləmək bacarığı Ünsiyyət qurma bacarığı İş vaxtının norması: 5 günlük iş rejimi Saat - 09:00/17:00 Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Nahar şirkət tərəfindən təmin edilir Korporativ telefon nömrəsi və danışıq paketi İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, (Masazır dairəsi yaxınlığı) Xəritə: https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Proseslərə nəzarət və təkmilləşdirmə üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 19.12.2026

© Sirab Satış və Dağıtım MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp