Prayk
Qaçış qurğusu Ferro Fx5 CPT500 — Mallar, Bakı
3 740 ₼

Qaçış qurğusu Ferro Fx5 CPT500

Price history+2%
For saleVerifiedUsedYesterday
City
Bakı
Category
Goods
Date
Views
8
Number
№4439665

Description

Məhsul İtaliya brendidir. Qaçış evdə də rahatlıqla reallaşdıra bilməyiniz üçün dizayn və istehsal olunmuşdur. Qaçış qurğusu fərqli forma və templərdə qaça bilməyiniz üçün proqramlaşdırılıb. Qaçış qurğuları istifadəsi ən rahat kardio avadanlıqlarıdır. Ən rahat idarə edilənlərdən biri də Treadmill PHI FX5 CPT500-dür. Avadanlıq 4 at gücündə mühərrikə sahibdir. Bu isə sizə saatda 18 kilometr sürətlə qaçmaq imkanı yaradır. Qaçış qurğusunda fərqli forma və templərdə qaçmağınıza xidmət edən 12 proqram quraşdırılıb. Hər proqramda qaçacağınız müddət, məsafə və yandıracağınız kalori miqdarı əvvəldən hesablanıb. Bundan əlavə, avadanlıq 3 istifadəçisini tanıya bilir. Yəni məşqə başlamazdan əvvəl qeydiyyatdan keçirsiniz. Bu da sizə imkan yaradır ki, şəxsi məşq proqramınızı formalaşdıra biləsiniz. Qaçış çətinliyinizi artırmaq üçün avadanlıqda "Incline" seçimi mövcuddur. "Incline" nədir? Qaçış qurğusunda bu seçimi etdikdə, qaçış lentinin başlanğıcı nisbətən yüksəlməyə başlayır. Bu da bir növ yoxuş qalxırmışsınız kimi effekt yaradır. Ürək ritminiz sürətlənir, daha tez-tez nəfəs alırsınız və daha çox kalori yandırmış olursunuz. Treadmill PHI FX5 CPT500 qaçış qurğusunun "Incline" səviyyəsi 18 %-dir. Bu seçimdən daha çox faydalanmaq üçün “Incline” faizini mərhələli şəkildə artırmağınız tövsiyə olunur. Avadanlığın götürə biləcəyi maksimum çəki 150 kiloqramdır. Evdə istifadə üçün nəzərdə tutulub. Avadanlığın ekranından nəbzinizi, qaçdığınız məsafəni, yandırdığınız kalori miqdarını rahatlıqla izləyə bilərsiniz. Nəbzinizi ölçmək üçün idarə panelinin yanlarında olan metal sensorlardan tutmağınız kifayətdir. Həmçinin, qaçış sürətinizi və "Incline" səviyyənizi rahatlıqla idarə edə bilməyiniz üçün idarə panelinin yanlarında düymələr yerləşdirilib. Qaçış qurğusunun internet və MP3 çıxışı mövcuddur. Su qabınızı qoya bilməyiniz üçün yeri də var. Qaçış qurğusunda təhlükəsizlik açarı mövcuddur. Qaçış zamanı yarana biləcək hər hansı hadisə zamanı açarı çıxarmaqla avadanlığı söndürə bilərsiniz. Qaçış qurğusu qatlana bilmir, buna görə də avadanlıq evinizdə özünəməxsus yer tələb edəcək.

© birmarket.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp