Qadın üçün zərif və fərqli dizayna malik qəhvəyi üst geyim. Modelin əsas xüsusiyyəti geniş, dalğalı volanlı yaxasıdır. Yaxa hissəsində və ətək uclarında plise detal işlənib, kənarları isə atlas görnüşlü haşiyə ilə tamamlanıb.
Geyimin ön və yan hissələrində dekorativ tikişlər və naxışlı işləmələr var. Xarici hissədə gül formasında tikmə detallar görünür. Daxili astarı leopard naxışlıdır və modelə daha fərqli görünüş verir. Uzunqollu kəsimə malikdir.
Etiketdə “FOLCESE” brendi görünür. Klassik və eyni zamanda dəbli görünüş sevənlər üçün diqqətçəkən modeldir.