Qara rəngli sənəd çantası-folder. Klassik və işgüzar dizayna malikdir, fermuarlı bağlanma sistemi ilə hazırlanıb. İç hissəsində 4 halqalı mexanizm yerləşir və sənədlərin səliqəli şəkildə yığılması üçün uyğundur.
Üst qapağın daxili hissəsində:
- fermuarlı bölmə,
- kart və vizitkart üçün yuvalar,
- şəffaf pəncərəli bölmələr mövcuddur.
Aşağı hissəsi geniş sənəd sahəsi kimi istifadə olunur. Çantanın arxa tərəfində əlavə xarici cib var. Daşımaq üçün rahat tutacağı mövcuddur.
Ofis işləri, görüşlər, təqdimatlar, tədris materialları və müxtəlif sənədlərin bir yerdə saxlanması üçün əlverişlidir. Minimalist qara rəngi sayəsində rəsmi və gündəlik istifadəyə uyğundur.