Xalis Sovet dövrünün keyfiyyətli, ağır və qalın tökmə alüminiumdan olan aş qazanı / tavası satılır. Müasir nazik və tez xarab olan tavalarla bir tutmayın, ömürlük maldır.
Tam çəkisi: 3 kq (Orijinal qalın dural material)
Vəziyyəti: İdeal durumdadır, əyriliyi, çat-qırığı yoxdur. Öz orijinal qapağı ilə birgə verilir.
Bişirmə keyfiyyəti: Qalın dibi sayəsində istiliyi bərabər paylayır, plovun dibini (qazmağını) əla tutur, yeməyi yandırmır və uzun süre isti saxlayır. Aş, qovurma, cız-bız və sobada bişən yeməklər üçün əvəzolunmazdır. Köhnə keyfiyyətli Sovet malı axtaranlar və qədrini bilənlər üçün əla fürsətdir. Bakı ve rayonlara çatdırılma var (ödənişi avtobusdan malı təhvil alan şəxs edir).