Prayk

Qeydiyyat üzrə Mütəxəssis (Regulatory Affairs Specialist)

700 ₼
Verified2 weeks ago
City
Bakı
Date
Views
10
Number
№5390952

Description

İş şəraiti: İş qrafiki: I–V günlər (09:00-dan – 18:00-dək); Əməkhaqqı: Rəqabətədavamlı fiks maaş (namizədin təcrübə və biliyinə əsasən müsahibədə təyin olunur); AR Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirilmə. Tələblər: İş təcrübəsi: Qeydiyyat/sənədləşmə sahəsində minimum 1 il iş stajı; Səriştə və biliyi: AQTA, AEM, BAQM və tibbi vasitələrin qeydiyyatı üzrə qanunvericilik və prosedurları bilmək mütləqdir; Ali təhsil (Tibb, Əczaçılıq, Biologiya, Kimya və ya əlaqədar sahələr); Sənədlərlə diqqətli və məsuliyyətli işləmək bacarığı; Rus və ya İngilis dili bilikləri (xarici istehsalçılarla yazışmalar üçün üstünlükdür). Vəzifə öhdəlikləri: Məhsulların (BAQM, Tibbi vasitələr və BFQƏ) dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün sənədlər paketinin (dossier) hazırlanması və toplanması; AQTA ( Qida Təhlükəsizliyi Agentliyi) və AEM (Analitik Ekspertiza Mərkəzi) ilə sıx əməkdaşlıq, qeydiyyat müraciətlərinin izlənilməsi və prosedurların sonadək idarə olunması; Məhsulların təlimat, qablaşdırma və markalanma mətnlərinin yerli qanunvericiliyə uyğunlaşdırılması; Sertifikatlaşdırma, ekspertiza və icazə sənədlərinin vaxtında alınmasının təmin edilməsi; Qeydiyyat sənədlərinin arxivləşdirilməsi və məlumat bazasının yenilənmə Maaş: 700-1200 AZN Yaş: 24-45 Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər

© AZEM PHARMA boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp