Prayk

Qeydiyyatçı (biznes mərkəzi)

Negotiable
Verified2 days ago
City
Bakı
Date
Views
4
Number
№5288874

Description

Vəzifə öhdəlikləri Biznes mərkəzinə gələn qonaqları, müştəriləri və işgüzar tərəfdaşları qarşılamaq, qeydiyyatını aparmaq və müvafiq istiqamət üzrə yönləndirmək; Biznes mərkəzində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə gündəlik işgüzar əlaqələri təmin etmək; İcarədar şirkətlərin müraciət və sorğularını qəbul etmək, müvafiq məsələlərin həlli üçün aidiyyəti struktur bölmələri ilə koordinasiya aparmaq; Şirkətlərin inzibati, texniki və təsərrüfat məsələləri ilə bağlı müraciətlərinin müvafiq şəxslərə çatdırılmasını və icra vəziyyətinin izlənilməsini təmin etmək; Daxil olan telefon zənglərini və elektron müraciətləri cavablandırmaq, zəruri hallarda aidiyyəti şəxslərə yönləndirmək; Biznes mərkəzinə daxil olan məktub, sənəd və digər yazışmaları qəbul etmək, onların qeydiyyatını aparmaq və müvafiq uçotunu təmin etmək; Daxil olan məktubların və sənədlərin aidiyyəti şirkətlərə, onların nümayəndələrinə və ya məsul şəxslərə vaxtında və düzgün şəkildə təhvil verilməsini təmin etmək; Biznes mərkəzində keçirilən görüşlər və tədbirlərlə bağlı məlumatlandırma və təşkilati dəstək göstərmək; İcarədar şirkətlərə biznes mərkəzinin daxili qaydaları, mövcud xidmətləri və istifadə prosedurları barədə məlumat vermək; Qonaqların və şirkət nümayəndələrinin qeydiyyatını, müraciətlərini və zəruri məlumatları müvafiq qaydada qeydə almaq; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək; Qeydiyyat sahəsində nizam-intizamı və peşəkar xidmət standartlarını qorumaq. Namizədə dair tələblər Ali təhsil; Azərbaycan və ingilis dillərini səlis bilmək, rus dilini bilmək üstünlükdür; Yüksək ünsiyyət, təqdimat və müştəri xidməti bacarıqları; Kompüter və ofis proqramlarından istifadə bacarığı; Sənədləşmə və inzibati işlərin aparılması üzrə biliklər; Məsuliyyətlilik, diqqətlilik, operativlik və problem həll etmə bacarığı; İşgüzar yazışma və telefon danışıqları aparmaq bacarığı; Komandada işləmək, işləri koordinasiya etmək və bir neçə tapşırığı paralel yerinə yetirmək bacarığı; Müvafiq sahədə iş təcrübəsi arzuolunandır. Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/202144/qeydiyyatci-biznes-merkezi
ADVERTISEMENT