
12
Qida əlavələri üzrə satış və satınalma mütəxəssisi
Qida əlavələri üzrə satış və satınalma mütəxəssisi
Negotiable
Verified2 days ago
Date
Views12
Number№5896115
Description
Vəzifə öhdəlikləri:
Qida əlavələrinin tərkibi, xüsusiyyətləri, istifadə təyinatı və texniki göstəriciləri barədə məlumatlı olmaq;
Qida əlavələri bazarını, yeni məhsulları və istehsalçıları araşdırmaq;
Xarici istehsalçı və təchizatçılarla məhsul seçimi istiqamətində araşdırmalar aparmaq;
Məhsulların xaricdən sifariş edilməsi üçün satınalma şöbəsi ilə koordinasiyalı işləmək;
Məhsulların texniki sənədlərini, spesifikasiyalarını, tərkibini və keyfiyyət sertifikatlarını araşdırmaq;
Yeni məhsulların çeşidinin formalaşdırılması və məhsul portfelinin genişləndirilməsi ilə bağlı təkliflər vermək;
Şirkətə daxil olan qida əlavələrinin satışını təşkil etmək və həyata keçirmək;
Mövcud və potensial müştərilərlə əlaqələr qurmaq, məhsullar barədə ətraflı məlumat vermək;
Müştərilərin tələbatını müəyyən etmək və uyğun məhsullar təklif etmək;
Satış planlarının yerinə yetirilməsini təmin etmək;
Satış nəticələri, bazar tələbatı və məhsul dövriyyəsi barədə hesabatlar hazırlamaq;
Rəqib şirkətlərin məhsullarını və bazar qiymətlərini araşdırmaq.
Namizəddən tələblər:
Qida texnologiyası, qida mühəndisliyi,biotexnologiya və ya müvafiq sahələr üzrə ali təhsil arzuolunandır;
Qida əlavələrinin tərkibi və xüsusiyyətləri barədə biliklər;
Qida əlavələri sahəsində iş təcrübəsi üstünlükdür;
Xanım namizədlərə üstünlük veriləcək.
Satış və müştərilərlə ünsiyyət bacarığı;
Satınalma və təchizat prosesləri barədə məlumatlılıq;
Xarici təchizatçılarla danışıq aparmaq üçün rus və ya ingilis dili biliyi mütləqdir;
MS Office proqramlarında işləmək bacarığı;
Analitik düşünmə, araşdırma və təqdimat bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı
İş şəraiti:
İş qrafiki: 6 günlük iş qrafiki (6cı gün qısa iş günü)
İş yeri: Binəqədi r,Binəqədi qəsəbəsi
Əmək haqqı: Müsahibə əsasında danışılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 12.12.2026
Listing source
Open the original listing© Fostanpak MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT






