Əsas vəzifələr
Qumlayıcı səthin hazırlanması üsulları və standartlarını bilməli;
Quru qum şırnağı ilə cilalama və təmizləməni bilməli;
Cilalayıcı materialları və ölçülərini bilməli;
Rəng və müvafiq məhsulları tətbiq etməzdən əvvəl səthin təmizlənmə dərəcələrini təyin etməli;
Avadanlıqla işləmə bacarığı: kompressor, qum qazanı, hava balonu, skafandr;
Qumlayıcı işə başladıqda hava kompressorundan çıxan havanın təzyiqini tənzimləyir.
Tələblər
Qumlamaya başlamazdan əvvəl qumlama avadanlıqlarınının sazlığına nəzər yetirməli
Qumlayıcı öz fəaliyyətində texniki istismar qaydalarını (TİQ), təhlükəsizlik texnikası qaydalarını (TTQ), yanğın təhlükəsizlik qaydalarını (YTQ), istehsalat sanitariyası, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilməli və tələblərə riayət etməlidir.
Qumlamanın təmizlik dərəcəsin bilməli
Təcrübə tələbi:3-5 il
İş şəraiti
Nahar şirkət tərəfindən verilir.
İş yerinə çatdırılma üçün servis mövcuddur
Əmək haqqı: razılaşma əsasında
İş yeri: Qaradağ r-nu, Salyan şossesi, 32 km
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208755/qumlama-operatoru
ADVERTISEMENT
We use cookies Analytics only with your consent; essential cookies are always on.Privacy policy