Prayk
Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik mütəxəssisi — Maliyyə, Bakı
Negotiable

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik mütəxəssisi

Verified1 months ago
City
Bakı
Category
Finance
Date
Views
6
Number
№2439631

Description

Müştəri əməliyyatlarının (kart, internet bankçılıq, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müvafiq tədbirlərin görülməsi;Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, qabaqlayıcı tədbirlərin və qaydalarda dəyişikliklərin təşəbbüs edilməsi;Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması;Rəqəmsal dələduzluq üzrə daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili, həmçinin müştərilərlə kommunikasiyanın aparılması;Nəticələrə əsasən plana uyğun tədbirlərin həyata keçirilməsi;Qrupun səlahiyyətində olan məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması. Üstünlüklərimiz: Könüllü tibbi sığorta;Bank sektorunda karyera qurmaq və təcrübə qazanmaq imkanı;Rəqəmsal təhlükəsizlik və dələduzluqla mübarizə sahəsində praktiki biliklərin artırılması; Tələblər: Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili arzuolunandır;Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər arzuolunandır;Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech təcrübəsi arzuolunandır;Azərbaycan dilində sərbəst, ingilis dilində texniki terminologiya səviyyəsində, rus dilində isə arzuolunan səviyyədə bilik;Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;SQL (Oracle) üzrə bilik və DQL və DML komandaları ilə işləmə bacarığı;Analitik düşünmə qabiliyyəti və detallara diqqətlilik;Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı;Yeni texnoloji alətləri öyrənməyə açıqlıq. Vakansiya növü: Tam ştat Şirkət: Unibank Kommersiya Bankı Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-reqemsal-deleduzluq-ile-mubarize-bolmesinin-kicik-mutexessisi-36401809/apply
ADVERTISEMENT