
5
Rəqəmsal Marketinq Mütəxəssisi (Digital Marketing Specialist)

700 ₼
Rəqəmsal Marketinq Mütəxəssisi (Digital Marketing Specialist)
VerifiedYesterday
Date
Views5
Number№5673729
Description
Interium komandamıza qoşulmaq üçün rəqəmsal marketinq sahəsində təcrübəli, analitik düşüncəyə malik və nəticəyönümlü əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması, idarə edilməsi və nəticələrinin təhlili;
Meta Ads və Google Ads reklam kampaniyalarının qurulması, optimallaşdırılması və effektivliyinin artırılması;
SEO və AI əsaslı axtarış sistemlərində şirkətin görünürlüyünün artırılması;
Hədəf auditoriyasının müəyyənləşdirilməsi və potensial müştərilərin cəlb edilməsi;
Süni intellekt (AI) alətlərindən araşdırma, analitika və iş proseslərinin optimallaşdırılmasında istifadə;
Reklamlardan daxil olan müraciətlərin keyfiyyətinin və effektivliyinin təhlili;
Reklam büdcəsinin səmərəli idarə olunması və nəticələrə uyğun təkliflərin hazırlanması;
Marketinq fəaliyyətinin nəticələri üzrə mütəmadi hesabatların hazırlanması.
Namizədə tələblər
Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
Meta Ads və Google Ads reklam platformaları ilə praktiki iş təcrübəsi;
SEO və müasir AI axtarış sistemləri haqqında biliklər;
Excel və Google Sheets üzrə yaxşı biliklər;
Analitik düşünmə və məlumatlar əsasında qərarvermə bacarığı;
Yüksək kommunikasiya və təqdimat bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
Komanda ilə işləmək bacarığı.
İş şəraiti
Əmək haqqı: 700 AZN (Net);
İş qrafiki: Həftədə 5 iş günü;
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi, Park Yasamal Yaşayış Kompleksi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Rəqəmsal Marketinq Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Maaş: 700 AZN
Son müraciət tarixi: 06.12.2026
Listing source
Open the original listing© İnterium.az jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT










