Prayk

Restoran kassiri tələb olunur

800 ₼
Verified3 weeks ago
City
Bakı
Date
Views
2
Number
№3117854

Description

Vakansiya: Kassir İş yeri: La Liga Restoranlar şəbəkəsi Əsas öhdəlikləri: -Ödənişləri (nağd və POS-terminal vasitəsilə) dəqiq şəkildə qəbul etmək; -Müştəri sifarişlərini sistemə operativ və düzgün şəkildə daxil etmək; -Qalıq məbləğ, endirim və aksiyalar üzrə hesablamaları dəqiq aparmaq; -Qüsurlu qəbz, qaytarma və dəyişmə əməliyyatlarının qaydalara uyğun işlənməsi; -Nağd pulun və ödəniş vasitələrinin təhlükəsizliyini təmin etmək; -Şübhəli ödənişlər və saxta pullarla bağlı qaydalara uyğun hərəkət etmək -Kassadakı əməliyyatların gündəlik qeydiyyatını aparmaq və hesabat hazırlamaq; Kvalifikasiya tələbləri: -Təhsil: Ali və ya orta ixtisas (maliyyə, mühasibatlıq və ya xidmət sahəsi üzrə təhsil üstünlükdür); -İş təcrübəsi: Kassir vəzifəsində minimum 3 il iş təcrübəsi. Tələb olunan bilik və bacarıqlar: -POS-terminal və kassa proqramları üzrə biliklər; -MS Excel-də işləmə bacarığı; -Rəqəmlərlə işləmədə dəqiqlik və sürət; -Məsuliyyətlilik; -Dürüstlük və diqqətlilik; -Gülərüz və nəzakətli davranış, -Stres altında işləmək bacarığı; -Azərbaycan dilində sərbəst danışıq (rus dili biliyi üstünlükdür); - Etik davranış normalarına uyğunluq; - Bəy namizədlər tələb olunur. Təklif edirik: •Əmək haqqı: 700–800 AZN (sabit maaş + bonus sistemi); •Karyera inkişaf imkanı; •Gənc və dinamik komanda; •Peşəkar aşpazlarımız tərəfindən hazırlanmış nahar; •Rahat və əyləncəli iş mühiti. Ünvan: •Elmlər Akademiyası, Zahid Xəlilov 25A. •Əhmədli qəs, Mahammad Hadi 9E. Müraciət qaydası: Tələblərə uyğun namizədlər CV-ni "Kassir" başlığı ilə [email protected] elektron poçtuna və ya nömrəsinə (wp) göndərə bilərlər. Fəaliyyət sahəsi: Restoran işi və turizm İxtisas: Restoran kassiri Şirkət növü: Birbaşa işəgötürən İş qrafiki: Tam İş təcrübəsi: 1 ildən 3 ilə qədər Təhsil: Orta İş yerinin ünvanı: Elmlər Akademiyası m.
ADVERTISEMENT