Prayk
Risklərin Idarə Edilməsi və Daxili Nəzarət üzrə Menecer — İnşaatçılıq və təmir, Bakı
Negotiable

Risklərin Idarə Edilməsi və Daxili Nəzarət üzrə Menecer

Verified1 weeks ago
City
Bakı
Date
Views
4
Number
№5612631

Description

Qrup və törəmə müəssisələrdə risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması və təkmilləşdirilməsi proseslərini əlaqələndirmək;Risklərin idarə edilməsi və daxili nəzarət üzrə siyasətlərin, metodologiyaların, daxili qayda və prosedurların hazırlanmasında və yenilənməsində iştirak etmək;Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risk reyestrlərinin yenilənməsi, eləcə də əsas risk indikatorlarının monitorinqi proseslərini əlaqələndirmək;Yeni layihələrin, investisiya qərarlarının və mövcud biznes proseslərinin risk qiymətləndirilməsini təşkil etmək, nəticələr əsasında təkliflər hazırlamaq;Qrup və törəmə müəssisələrdə daxili nəzarət mexanizmlərinin mövcudluğunu, adekvatlığını və effektivliyini qiymətləndirmək;Təsdiq edilmiş monitorinq planına uyğun olaraq risk əsaslı, tematik və proses əsaslı daxili nəzarət yoxlamalarının təşkilini və aparılmasını əlaqələndirmək;Biznes proseslərinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanılmasını əlaqələndirmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;Risklərin, nəzarət boşluqlarının və audit nəticəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planlarının hazırlanmasını əlaqələndirmək və onların icrasına nəzarət etmək;Risklərin idarə edilməsi və daxili nəzarət üzrə hesabatların hazırlanmasını təmin etmək, nəticələri və təkmilləşdirmə təkliflərini rəhbərliyə təqdim etmək;Ona həvalə edilmiş işlərin planlaşdırılmasını, mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsini və hazırlanmış materialların keyfiyyətinin qiymətləndirilməsini təmin etmək;Şirkətdə risk və daxili nəzarət mədəniyyətinin inkişaf etdirilməsində iştirak etmək, zərurət yarandıqda xidməti ezamiyyətlərə getmək. Tələblər: Maliyyə, iqtisadiyyat, idarəetmə, audit və ya digər uyğun ixtisas sahəsi üzrə ali təhsil;Risklərin idarə edilməsi, daxili nəzarət və ya audit sahəsində minimum 8 il iş təcrübəsi (ən azı 3 il rəhbər vəzifədə);Risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması, qiymətləndirilməsi və monitorinqi üzrə praktiki təcrübə;COSO ERM, COSO Internal Control, ISO 31000 prinsipləri və risklərin qiymətləndirilməsi metodologiyaları üzrə biliklər;Güclü analitik düşünmə, təşkilatçılıq, işlərin əlaqələndirilməsi, hesabat və təqdimatların hazırlanması bacarıqları;CIA, CRMA, FRM, CERM və digər müvafiq peşəkar sertifikatların olması üstünlükdür;Azərbaycan dili – mükəmməl, ingilis dili – yüksək səviyyədə, rus dili – arzuolunandır;MS Office proqramlarında, xüsusilə MS Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı. Vakansiya növü: Tam ştat Şirkət: PMD Group MMC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/pmdgroup/pmdgroup-risklerin-idare-edilmesi-ve-daxili-nezaret-uzre-menecer-49173035/apply
ADVERTISEMENT