Saç üçün mum stik və fırça dəsti.
Dəstə 75 qramlıq “IKT Wax Stick” saç mum stiki və taxta saplı saç düzləşdirici/staylinq fırçası daxildir. Mum stik saçın üzərində səliqəli görünüş yaratmaq, çıxan xırda telləri yatırtmaq, topuz, at quyruğu və digər yığılmış saç düzümlərində daha təmiz forma vermək üçün uyğundur. Saça parlaqlıq və daha yığcam görünüş verməyə kömək edir.
Fırça sərt tüklü quruluşa malikdir və saçın kənar hissələrini hamarlaşdırmaq, mumun saç boyunca daha bərabər yayılmasına kömək etmək və formaya salmaq üçün nəzərdə tutulub. Taxta sapı istifadədə rahat tutuş təmin edir.
Xüsusiyyətlər:
- Məhsul: IKT Wax Stick
- Həcm: 75 g / 2.7 fl.oz
- Təyinat: saçın formaya salınması, xırda tüklərin yatızdırılması, səliqəli görünüş yaradılması
- Dəst tərkibi: 1 ədəd mum stik, 1 ədəd saç fırçası
- Fırça tipi: taxta saplı, sıx və sərt tüklü
Gündəlik saç düzümü üçün praktik dəstdir, həm fərdi istifadə, həm də bərbər/stilist işi üçün əlverişlidir.