Prayk
Samsung Galaxy S25 FE (SM-S731) 8/256 GB Dark Blue — Samsung, Bakı
1 499.99 ₼

Samsung Galaxy S25 FE (SM-S731) 8/256 GB Dark Blue

More expensive than most similar listings
The average price of 12 similar listings is 1 405 ₼ — this one is about 98 ₼ (7%) more expensive.
This listing
cheapermost similar listingspricier
Most similar listings fall in this range: 1 350 ₼ – 1 470 ₼
You could offer the seller 1 400 ₼ — roughly the average price of similar listings.
Price history+8%
For saleCopyUsed1 months ago
City
Bakı
Category
Samsung
Brand
Samsung
Storage
256 GB
RAM
8 GB
Color
Blue
Warranty
Yes
Date
Views
22
Number
№1346789

Description

Məhsul təsviri - Samsung Galaxy S25 FE (SM-S731) 8/256 GB Dark Blue

Görünüş və istifadə rahatlığı

Tünd mavi rəngli Samsung Galaxy S25 FE (SM-S731) 8/256 GB həm müasir görünüşü, həm də rahat istifadəsi ilə diqqət çəkir. Alüminium və şüşədən hazırlanan korpus telefonu həm möhkəm, həm də zövqlü edir. Cəmi 7,4 mm qalınlığı sayəsində onu gün ərzində rahatlıqla istifadə edə bilərsən. IP68 qorunması isə telefonunu su və tozdan qorumağa kömək edir.

Ekran və görüntü

6,7 düymlük Dynamic AMOLED 2X ekran 1080 × 2340 piksel təsvir ölçüsü ilə parlaq və aydın görüntü təqdim edir. Film izləyərkən, oyun oynayarkən və ya şəkillərinə baxarkən rəngləri daha canlı, detalları isə daha dəqiq görə bilərsən. Günəşli havada da ekranı rahat istifadə etmək mümkündür.

Məhsuldarlıq və yaddaş

Güclü prosessor

Onnüvəli Exynos 2400 prosessoru gündəlik işlərini rahat yerinə yetirməyə kömək edir. Tətbiqlər sürətlə açılır, onlar arasında gecikmə olmadan keçid edə bilərsən. Android 15 əməliyyat sistemi isə ən son funksiyalardan istifadə etməyə və təhlükəsizlik yeniləmələrini vaxtında almağa imkan verir.

Geniş yaddaş

256 GB daxili yaddaş şəkillərini, videolarını və digər fayllarını rahat saxlamağa imkan verir. 8 GB əməli yaddaş sayəsində eyni anda bir neçə tətbiqdən istifadə etsən belə, telefon sabit və axıcı işləyir.

Kameralar və çəkiliş imkanları

50 MP, 8 MP və 12 MP olmaqla üçlü əsas kamera sistemi günün istənilən vaxtında keyfiyyətli şəkillər çəkməyə kömək edir. Optik sabitləşdirmə hərəkətdə olarkən belə daha aydın kadrlar əldə etməyə imkan verir. 12 MP ön kamera ilə həm təbii selfilər çəkə, həm də rahat videozəng edə bilərsən.

Video çəkilişi

  • 8K, 4K və 1080p formatında video çəkə bilərsən.
  • Yavaşıdılmış video rejimindən istifadə edə bilərsən.
  • Saniyədə 240 kadra qədər çəkiliş dəstəklənir.

Beləliklə, həm gündəlik xatirələrini, həm də sosial şəbəkələr üçün videolarını yüksək keyfiyyətlə çəkə bilərsən.

Bağlantı və təhlükəsizlik

5G dəstəyi sayəsində internetdən daha sürətli istifadə edə, faylları qısa vaxtda yükləyə bilərsən. Nano SIM və eSIM dəstəyi şəxsi və iş nömrəni eyni telefonda istifadə etməyə imkan verir. NFC funksiyası ilə ödənişlərini kart çıxarmadan həyata keçirə bilərsən.

Ekrandaxili barmaq izi oxuyucusu və üz tanıma funksiyası isə telefonuna yalnız sənin daxil olmağına kömək edir.

Avtonomluq və enerji yığımı

4900 mAs tutumlu batareya gün ərzində telefonundan rahat istifadə etməyə imkan verir. Enerji azaldıqda isə 45 Vt sürətli enerji yığımı qısa vaxtda batareyanı doldurmağa kömək edir. Smartfon simsiz enerji yığımını da dəstəkləyir. USB Type-C girişi vasitəsilə həm enerji yığa, həm də digər qurğuları qoşa bilərsən.

Əlavə imkanlar

  • Bluetooth 5.4 simsiz qulaqlıq və digər qurğularla sabit bağlantı yaradır.
  • Yaxınlaşdırma və hərəkət sensorları gündəlik istifadəni daha rahat edir.
  • Komplektə Samsung Galaxy S25 FE smartfonu, USB Type-C naqili və istifadə təlimatı daxildir.
  • Cihaza 12 ay zəmanət verilir.

Niyə Samsung Galaxy S25 FE seçməlisən?

Samsung Galaxy S25 FE həm işləmək, həm oyun oynamaq, həm də gündəlik istifadə üçün yaxşı seçimdir. Güclü prosessoru, keyfiyyətli ekranı və inkişaf etdirilmiş kameraları sayəsində gün ərzində ehtiyac duyduğun bütün imkanlardan rahat istifadə edə bilərsən. Böyük yaddaşı, uzun enerji ehtiyatı və müasir texnologiyaları ilə bu smartfon uzun müddət sənə etibarlı şəkildə xidmət edəcək.

Price comparison

Samsung Galaxy S25 FESamsung Galaxy S25 FE pricefrom 1 319.99 ₼ in 3 stores · classifieds median 1 299 ₼Compare store prices
ADVERTISEMENT
WhatsApp